Metropolitenin işində qısamüddətli fasilə olub

Bakı metrosunda qatarın hərəkətində nasazlıq yaranıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Minval.info-ya açıqlamasında bildirib ki, metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə təlimat tələbinə uyğun olaraq”Ulduz” stansiyasında dayanıb və sərnişinləri düşürdülüb:
“Qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə yubanma olub”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

