“Microsoft” bu məktəbə pulsuz kompüterlər verəcək – SƏBƏB
Kompüter olmadığı üçün proqramın fotosunu lövhəyə çəkdi, elə dərs keçdi
Qanada kompüter tapmadığı üçün informatika dərsini lövhədən öyrədən müəllimin şəkilləri sosial mediada minlərlə insan tərəfindən paylaşılıb.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, “Microsoft” şirkəti həmin məktəbi kompüterlə təmin edəcəyini açıqlayıb.
Riçard Akoto adlı müəllim “Microsoft Word” proqramının baş səhifəsinin şəklini bütün detalları ilə lövhəyə çəkərək şagirdlərə tədris edirdi. Şəklin sosial şəbəkələrdə çox yayılmasından sonra gözlər Microsofta çevrildi.
“Microsoft” şirkətinin rəsmiləri həmin məktəbə kompüter və digər tədris materialları göndərəcəyinə dair söz veriblər.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


