Mikayıl Cabbarov: “Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub”

“Bu il Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub”.

Minval.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda ÜDM-in artım tempi 2021-ci ilin sonu üçün 3,4% həcmində proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Təşkilatları buna skeptik yanaşırdı:

“Onlar 1,7 %-dən yuxarı artım tempi görmürdülər. Lakin 11 ayın yekununda Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz səviyyəsində qeydə alınıb ki, bu göstərici bizim öz proqnozlarımızdan yuxarıdır. Təbii olaraq aidiyyəti qurumlar da proqnozlarını yeniləyib və artırıb. Qeyri-neft sektorunda bu artım tempi daha da yüksək olub – 6,4%”.

Nazir qeyd edib ki, burada vergi güzəştləri, investisiya təşviqi sənədi, ölkənin müxtəlif bölgələrində sənaye parklarının yaradılması, biznes mühiti, lisenziyalaşdırılmanın sadələşdirilməsi əsas rol oynayır: “Bu il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə almışıq, qeyri-neft ixracı 44 faiz artıb ki, bu da həqiqətən yüksək rəqəmdir. Biz ilin sonuna qədər 2,6 milyard ABŞ dolları həcmində qeyri-neft ixracı nəzərdə tuturuq. Müstəqiliyimiz dövründə qeyri-neft ixracı 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Bu, tarixən yüksək göstəricidir. Həmçinin, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarına çatıb’’.

Maliyyə

Nəşr edilib: 2021/12/23 13:15

Baxış: 60


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06