Mikroavtobus maneəyə çırpıldı: ölən var – Kürdəmirdə
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda “Ford” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
Minval.info-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sürücü, 1988-ci il təvəllüdlü Alıyev Elnur Vidadi oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

