Millət vəkili: “Pyotr Rusiya üçün nə edirdisə, Putin də onu edir”

“I Pyotr Rusiya üçün nə edirdisə, Putin də onu edir”

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin bu gün dördüncü dəfə and içib.

Minval.İnfo xəbər verir ki, Kreml sarayında baş tutan inaqurasiya mərasiminə təxminən 5 min nəfər dəvət edilib. Putin sağ əlini konstitusiyaya qoyaraq and içdikdən sonra Rusiya Marşı səslənib. Televiziyalar inaqurasiya mərasimini canlı nümayiş edib.
Putin Rusiyada baş nazir və dövlət başçısı olaraq 18 ildir iqtidardadır. O, ilk dəfə 2000-ci ildə prezident seçilib və 2004-cü ildə yenidən növbəti 4 il üçün dövlət başçısı olub. Qanuna görə, ard-arda ancaq iki dəfə prezident seçilə bildiyi üçün 2008-ci ildə baş nazir olub. Həmin müddətdə prezident kürsüsündə Putinə yaxın siyasətçilərdən olan Dmitri Medvedev oturub.

Putin 2012-ci ildə yenidən dövlət başçısı seçilərək növbəti 6 il üçün ölkəni idarə edib. Bu il 18 martda keçirilən seçkilərdə Putin 76,69% səs toplayaraq yenidən ölkə rəhbəri seçilib. Əgər Putin dövlət başçısı dövrünü tamamlaya bilsə, 2024-cü ildə, 65 yaşında əsrin ¼-i müddətində ölkəni idarə etmiş sayılacaq.

Millət vəkili Rafael Cəbrayılov Metbuat.az-a açıqlamasında bildirib ki, Vladimir Putinə bir prezident kimi, siyasətçi kimi böyük simpatiyası, çünki o, professionaldır, peşəkar prezidentdir: “Rusiya tarixindəki liderlərə nəzər yetirsək, Putinin xüsusi yerinin olduğunu qeyd etməmək mümkün deyil. Təxminən 300 il əvvəl I Pyotr Rusiya üçün nə edirdisə, bu gün Putin də ölkəsi üçün onu edir. Hər kəs yaxşı bilir ki, XX əsrin sonunda hələ Boris Yeltsinin hakimiyyətdə olduğu dövrdə Putin hakimiyyətə gəlməsəydi, Rusiyanın aqibətinin necə olacağını təsəvvür etmək çətin deyil.

Putin Rusiya tarixində ən çox hakimiyyətdə olan siyasətçilərdən biridir. Düşünürəm ki, bu istiqamətdə də rekorda imza atacaq. O ki, qaldı onun aparacağı siyasətə, indi elə bir dövrə gəlib çatmışıq ki, sensasiyalar, fövqəladə hallar, gözlənilməzliklər bir-birini əvəz edir. Ona görə də indiki zamanda insanı təəccübləndirmək mümkün deyil. Hadisələrin bu cür axarında Putin sözsüz ki, vəziyyətə uyğun siyasət yeridəcək. Dünyada stabillik olanda hansısa siyasəti proqnozlaşdırmaq çətin olmur. Çünki söhbət hadisələrin normal axarından gedir. Amma əgər bütün dünyada stabillik yoxdursa, hər an növbəti dünya müharibəsi başlaya bilərsə, bu cür gərginlik, ekstrimal vəziyyət varsa, dünyada müharibə ocaqlarının sayı-hesabı yoxdursa və bu müharibə ocaqlarını yaradanlar özləri də dünyanın fövqəl dövlətləri, güc mərkəzləri, silah satan dövlətləridirsə, belə vəziyyətdə siyasəti proqnozlaşdırmaq çətindir. Amma əminəm ki, Rusiya öz milli maraqlarına uyğun siyasət yeridəcək”.

Azərbaycan-Rusiya münasibətlərini nələrin gözlədiyilə bağlı açıqlama verən millət vəkili bildirib ki, Putin Azərbaycan üçün yeni insan deyil: “Cənab Putinlə Azərbaycan prezideti İlham Əliyevin müsbət münasibətlərinin olduğunun hər kəs şahididir. Rusiya Azərbaycanın qonşularından biridir, fövqəl bir dövlətdir, fövqəl qonşudur. İnsanlardan fərqli olaraq dövlətlər köçüb başqa yerə getmir və hər zaman da qonşu olaraq qalır.

Azərbaycanın mühüm dediyimiz balanslaşdırılmış siyasətinin gücü ondadır ki, fövqəl dövlətlərin milli maraqlarının toqquşduğu geosiyasi məkanda yerləşməsinə baxmayaraq, bir-birinə zidd siyasət aparan dövlətlərin hər birilə strateji müttəfiqdir. Burada Qərb dünyasını, Türkiyəni, İranı, ümumiyyətlə ətrafımızdakı dölətləri nəzərdə tuturam ki, onların hər birilə dostluq münasibətləri qorunub saxlanılıb. Bu baxımdan əminəm ki, Rusiya ilə də dostluq münasibətləri qorunub saxlanılacaq. Sözsüz ki, Rusiya ilə olan bütün münasibətlərimiz hər iki dövlətin milli maraqları çərçivəsində olacaq”.

Dünya

Nəşr edilib: 2018/05/08 19:12

Baxış: 315


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06