Milli Məclisin deputatından Ermənistana xəbərdarlıq

“Avqustun 26-da ermənilərin Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması növbəti təxribatdır və cavabsız qalmayacaq”.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan təmkinli, ancaq qətiyyətli cavab tədbirləri görəcək:“Belə hallarda ən effektiv tədbir kimi insidenti törədənlərə törədikləri cinayət əməlinə adekvat cavabdan daha çox, bir neçə misli ilə cavab vermək təcrübəsinə istinad edilir. Bu həm də önləyici tədbir hesab olunur və düşməni bir daha bənzər hərəkətlər etməkdən çəkindirir”.

H.Babaoğlu həmçinin bildirib ki, 25 avqustda Gorus-Qafan yolunun Qubadlı rayonu yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının əsgəri erməni diversantları tərəfindən soyuq silahla hücuma məruz qalıb:“Bu cinayəti törədənlər də mütləq öz cəzalarına çatdırılmalıdırlar. Çünki ermənilər cəzasız qalacaqları təqdirdə belə cinayətləri tez-tez təkrar edəcəklər. Necə ki, 30 il müddətində bunu həvəslə edirdilər. Ancaq indi şanlı Azərbaycan Ordusu onları törətdikləri bütün cinayətlərə görə layiqli şəkildə cəzalandırıb. Bundan sonra da belə olacaq.Məsələnin siyasi tərəfinə gəldikdə isə şübhəsiz ki, bu cür təxribatlar Ermənistan hökumətindən xəbərsiz yaxud ən azı müdafiə nazirinin bilgisi olmadan törədilə bilməz. Ona görə də hadisəylə bağlı dərhal qaneedici izahat verilməli və Ermənistan 10 noyabr 2020-cil ildə imzalanan üçtərəfli bəyannamənin və beynəlxalq hüququn tələblərini yerinə yetirməlidir. Çünki bir ölkənin suveren sərhədlərini pozmaq yaxud təxribat törətmək beynəlxalq hüquqa görə cinayət hesab edilir və məsuliyyət yaradır. Ona görə də dərhal belə cinayətlərə son qoyulmasa Azərbaycan təxribatçılara və sərhədlərimizi pozan diversantlara qarşı misilləməsi ilə cəza tətbiq etmək hüququndan istifadə edə bilər. Azərbaycanın bunu necə bacardığını isə hamıdan yaxşı ermənilər və Ermənistanın baş naziri Nikol Paşinyan bilir”.

 

Siyasət

Nəşr edilib: 2021/08/26 14:19

Baxış: 31


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06