Milli Məclisin yeni deputatı: “Hər zaman tənqidə açıq olmuşam” – MÜSAHİBƏ

Könül Nurullayeva: “Təəssüf ki, AŞPA-nın bəyanatında işğalçıya xəbərdarlıq əks olunmayıb”
 

Modern.az saytı Milli Məclisin 24 saylı Nizami birinci seçki dairəsindən deputatı Könül Nurullayeva ilə müsahibəni təqdim edir.

 

– Söhbətimizi cəbhədəki son vəziyyətlə başlayaq. Sizə görə Ermənistanın Tovuz istiqamətində – dövlət sərhədində hərbi təxribata başlamasının arxasında nələr dayanır?

– 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi beynəlxalq birliyin gözü qarşısında baş verən təxribatdır. Ermənistan uzun müddətdir ki, bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) öz təxribatlarına cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.  Ermənistanın niyə Qarabağdakı təmas xəttində deyil, sərhəddə belə bir təxribata əl atmasına gəlincə, düşünürəm ki, işğalçı ölkədə baş verən ictimai-siyasi prosesləri izləmək kifayətdir.


– Bu, Ermənistanın dünyanın diqqət mərkəzində olmaq istəməsi, yoxsa Azərbaycanın uğurlu siyasətini həzm edə bilməməsiylə bağlıdır?

– Əslində, burada hər iki məqam var. Çünki sərhəd təxribatı o zaman baş verdi ki, artıq işğalçı ölkədə ictimai-siyasi proseslər nəzarətdən çıxmışdı. Sözdə inqilab yolu ilə hakimiyyətə gətirilən Nikol Paşinyan hökumət başçısı kimi meydanlarda xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Bu da mövcud sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Üstəlik, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında öz səriştəsizliyi ucbatından dəfələrlə gülünc vəziyyətə düşdü. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos Forumu, Valday diskussiya klubu, Münhen Təhlükəsizlik Konfransı və digər nüfuzlu platformalardakı aqrumentlərlə dolu bəyanatları qarşısında Paşinyan aciz qaldı. Eyni zamanda, bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək, Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi. Bir sözlə, “demokrat” baş nazir daxildə artan narazılığa, miqyası günbəgün genişlənən sosial partlayışa tab gətirməyəcəyini anlayaraq, diqqəti xarici düşmən istiqamətinə yönəltmək məqsədilə sərhəddə təxribata əl atdı. Amma məqsədinə nail ola bilmədi. Hazırda Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və bundan sonra da veriləcək.


– AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olaraq hərbçilərimizin, dinc, günahsız, mülki sakinlərimizin Ermənistan silahlı qüvvələrinin bombardmanı nəticəsində şəhid olmasına görə çıxış etməyi düşünürsünüzmü?

– Bəli. Ümumiyyətlə, Ermənistan sərhəddə əl atdığı bu təxribat fonunda da beynəlxalq aləmdə təkləndi. Çünki işğalçının ən böyük ümidi KTMT-yə idi, lakin adıçəkilən təşkilatdan işğalçıya dəstək gəlmədi. Paralel olaraq, bir çox Avropa ölkələri Azərbaycana dəstək nümayiş etdirdi. Parlament rəhbərliyi, eyni zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən həmin təşkilatda təmsil olunan həmkarlarımıza Ermənistanın son təxribatları ilə bağlı müraciət ünvanlanıb. İşğalçının bu təxribatçı addımlarının, xüsusilə mülki əhalinin qətlə yetirilməsinin pislənməsinə çağırış edilib.  Məlumdur ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems, Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna artıq cavab da göndərib. AŞPA prezidenti bildirib ki, bu məsələ qurumun müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib. Bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırır. AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri də birgə bəyanat yayıb. Sənəddə  Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində itkilərin olmasından narahatlıq ifadə olunur. Amma təəssüf ki, bu bəyanatda işğalçı öz adı ilə çağırılmır. Xüsusilə erməni silahlı birləşmələrinin mülki əhalini hədəfə alması, qətlə yetirməsilə bağlı işğalçıya xəbərdarlıq əks olunmayıb. Təbii ki, biz nümayəndə heyəti olaraq, AŞPA-nın iclaslarında bu məsələ ilə bağlı haqq səsimizi dünyaya çatdıracağıq.


– Azərbaycan-Xorvatiya Parlamentlərarası dostluq qrupunun sədri kimi hansı sahələrdə əməkdaşlıqda maraqlısınız?

– Xorvatiya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır. Bu il diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinin qeyd edirik. Ölkələrimiz arasında  iqtisadi, siyasi, enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Azərbaycan Xorvatiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu günə qədər iki ölkə arasında 25-ə yaxın əməkdaşlıq sənədi, 2013-cü ildə isə Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Təbii ki,  bu əməkdaşlıqda parlament əlaqələri də mühüm rol oynayır. 2000-ci ilin dekabr ayından Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Dostluq qrupunun rəhbəri kimi keçirdiyim görüşlərdə Xorvatiya rəsmilərinin də mövqeyi bundan ibarətdir ki, strateji tərəfdaşlığın birgə səylər nəticəsində davam etdirilməsi üçün yaxşı potensial mövcuddur.


– Deputatı olduğunuz  Bakı şəhərinin Nizami rayonunda pandemiyaya yoluxanlar çoxdurmu? Rayonunuzda xüsusi mübarizə tədbirləri necə təşkil olunub?

– Son aylar Nizami rayonunda yoluxma statistikası 6-8 % arasında dəyişir. Məsələn, iyulun 14-nə olan məlumata görə, Nizami rayonunda 8.3 faiz yoluxma qeydə alınıb. Bir neçə həftə əvvəl bu rəqəm 7 faiz idi. Ümumiyyətlə, virusun insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bütün rayonlarda olduğu kimi, Nizami rayonunda da profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.


– COVID-19-la mübarizədə sizə kömək üçün müraciət edən şəxslər varmı? Ən çox hansı mövzularda seçicilərinizin dəstəyə ehtiyacı olduğunu düşünürsünüz?

– Karantin qaydalarına uyğun olaraq, bizim Deputat qərargahımızda Nizami rayon sakinlərinin onlayn müraciətləri qəbul edilir. Hər bir vətəndaşın müraciətinə baxılır, araşdırılır, müvafiq qurumlarla əlaqələndirilir. Biz hətta sərt karantin günlərində ehtiyacı olan şəxslərə ərzaq  yardımı, həmçinin pulsuz müayinə ilə  bağlı aksiyalar da təşkil edirik. Bir sözlə, dövlət başçımızın da söylədiyi kimi, biz də millət vəkili olaraq vətəndaşlarımızın, seçicilərimizin xidmətində və yanında olmalıyıq.


– Gənc millət vəkili kimi fəaliyyətinizin prioritet istiqamətləri nələrdir?

– İlk olaraq, onu deyim ki, həqiqətən, ali qanunverici orqanda təmsil olunmaq böyük məsuliyyətdir. Milli Məclisin üzvləri ilk növbədə cəmiyyətlə icra orqanı arasında vasitəçidir. Ölkə başçısının VI çağırış Milli Məclisin ilk iclasında da söylədiyi kimi, deputatlar dairələrdə fəallıq göstərməli, seçicilərlə daim təmasda olmalıdır. Millət vəkilinin başlıca vəzifəsi təmsil etdiyi regionun sosial inkişafına, eyni zamanda vətəndaşların, dövlətin maraqlarının qorunmasına xidmət etmək olmalıdır. Yəni gənc millət vəkili olaraq, mənim üçün əsas prioritet deputat statusunun qarşımda qoyduğu vəzifələri ləyaqətlə  yerinə yetirməkdir. Deputat eyni zamanda, qanun və ya normaların formalaşdırılmasını təmin etmək hüququna malikdir. Bu mənada mən də ali qanunverici orqanda xalqın mənə göstərdiyi yüksək etimad sayəsində müəyyənləşən bu məsuliyyətli işimin öhdəsindən gəlməyə çalışıram.


– Bioqrafiyanıza nəzər saldıqda idmanda, xüsusilə də Olimpiya oyunlarındakı fəaliyyətiniz nəzərə çarpır. İdmana gedən yolunuz necə başlayıb?

– 2008-ci ildə Universiteti bitirdikdən sonra Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində aparıcı məsləhətçi vakansiyası ilə bağlı müsabiqə elan olundu. Təbii ki mən ixtisasıma yaxın bir sahə olduğu üçün öz sənədlərimi Komitəyə təqdim etdim. Müsabiqə və müsahibələrdən uğurla keçərək, nəticədə həmin işi qazandım. Uşaqlıq illərimdən bəri hər zaman diplomatiya sahəsində çalışmaq, Azərbaycanı beynəlxalq arenada təmsil etmək mənim arzum olub. Universitetdən məzun olan kimi Beynəlxalq əlaqələr şöbəsində çalışmaq şansı mənim üçün sürpriz oldu və bu imkandan yararlanaraq uşaqlıq arzuma doğru ilk addımımı atmış oldum, əmək fəaliyyətimə başladım. Artıq uzun illərdir ki, Milli Olimpiya Komitəsində fəaliyyət göstərirəm və həyatımın ən aktiv, ən fəal illərini məhz idman strukturlarında çalışaraq keçirmişəm. Bu illər ərzində Azərbaycanda keçirilən onlarla tədbirin iştirakçısı olmuşam. Xüsusilə qeyd etmək istəyirəm ki, “Bakı 2020” Olimpiya Oyunlarına namizədlik ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarına namizədlik komitəsinin icraçı direktoru olaraq beynəlxalq olimpiya hərəkatında ən gənc xanım rəhbəri olaraq yadda qalmışam. Bundan əlavə, “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişəm. 2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda bərabərlik” komissiyasının üzvü seçilərək Azərbaycanı Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım kimi tarixə düşmüşəm. Eyni ildə 5 qitəni və 206 Olimpiya Komitəsini özündə birləşdirən Milli Olimpiya Komitələrinin Assosiasiyasına Avropa qitəsindən nümayəndə olaraq seçilən ilk azərbaycanlı xanım olmuşam. Bu il də həmçinin, 57 ölkəni özündə birləşdirən İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə ilk dəfə olaraq xanım nümayəndə kimi seçilmişəm. Hazırda isə İHİF tərəfindən 2021-ci ildə Konyada keçiriləcək növbəti  İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasının üzvüyəm. Bu gün mən artıq ölkəmi qanunvericilik strukturunda millət vəkili olaraq təmsil edirəm. Fürsətdən istifadə edib parlament seçkisində mənə dəstək olan seçicilərimə bir daha minnətdarlığımı bildirir və onlara daim dəstək olacağıma söz verirəm.

– Könül xanım, idmandan siyasətə necə yön aldınız? Ümumiyyətlə, siyasətə həvəsliydiniz, yoxsa ani bir qərarla seçkilərə qatıldınız?

 

– Cənab Prezident hər zaman bəyan edir ki, ölkəmizin gələcəyi intellektual, bacarıqlı gənclərin əlindədir. Bu çağırış bütün gənclərə stimul verir, eyni zamanda yeni öhdəliklər müəyyənləşdirir. Ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk gənc xanım kimi əminliklə deyə bilərəm ki, mənim də bu vaxta qədər əldə etdiyim uğurların kökündə ölkədə həyata keçirilən gənclər siyasəti, dövlət başçısının gənclərə yüksək etimadı dayanır. Eyni zamanda, millət vəkilliyinə namizədliyimi irəli sürmək ideyasının da kökündə dövlətin gənclər üçün yaratdığı stimullaşdırıcı tədbirlərin birbaşa rolu var. Mən seçkiyə qatılanda da bildirmişdim ki, əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, parlament seçkilərində də düzgün seçim etməliyik. Hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini tam şəkildə ifadə edir.


– Siyasi səhnədə aktiv olan xanımlar həmişə diqqət mərkəzində olurlar. Onlar sevilməklə yanaşı, tənqidlərə də tuş gəlirlər. Bəs siz tənqidə necə münasibət bəsləyirsiniz?

– Mən hər zaman tənqidə açıq olmuşam. Amma bu, sağlam tənqid olmalıdır. Düşünürəm ki, sağlam tənqid səhvlərdən nəticə çıxarmaq üçün ən yaxşı vasitədir. Amma qərəz və böhtan qəbuledilməzdir.


– İctimai və siyasi aktivlik, gərgin əmək və ailə qayğıları… Hamısı bir arada çətin olmur ki?

– Əlbəttə, çalışıram hər birinə vaxt ayırım. İnsan seçim edəndə təbii ki, hər bir çətinliyi nəzərə almağa çalşır. Bu mənada mən də ictimai-siyasi fəaliyyətimə və ailə qayğılarına eyni vaxtda zaman ayırmağa çalışıram.


– Asudə vaxtlarınız
ı necə dəyərləndirirsiniz? Hobbi və maraqlarınızı öyrənmək istərdik..

– Mənim uşaqlıqdan bir neçə idman növünə maraq və həvəsim olub. 8 ildən artıq bir müddətdə üzgüçülüklə, eyni zamanda stolüstü tennislə məşğul olmuşam və hələ də boş vaxtlarımda bu idman növünə müraciət edirəm. Bundan başqa, mütaliə etməyi xoşlayıram, dünyada baş verən prosesləri, hadisələri yaxından izləyir və analiz edirəm.Təəssüf ki, iş həcminin çox olması ilə əlaqədar olaraq mənə əziz olan insanlara istədiyim qədər vaxt ayıra bilmirəm, və imkan düşən kimi öz ailəmin, övladımın və yaxınlarımın yanında olmağa çalışıram. Mənim üçün ailəm və mənə yaxın olan insanlar çox dəyərlidir. Siyasətlə məşğul olan şəxslər üçün belə bir deyim çox məşhurdur: “Ailə kiçik dövlətdir”. Mən bu fikirlə tamamilə razıyam və düşünürəm ki, cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Ona görə də var gücümlə ailə dəyərlərinə sadiq qalmağa çalışıram


– Qısa bir müddət ərzində siyasi aktivliyiniz ilə uzun illər Milli  Məclisdə deputat olmuş bəzi həmkarlarınızı üstələməkdəsiniz. Əgər onların qısqanclıq və hiddəti ilə qarşılaşsanız…

– Mən deməzdim, kimisə üstələyirəm. Sadəcə, işimə məsuliyyətlə yanaşmaqla millət vəkili kimi vəzifələrimi icra etməyə çalışıram. Həmkarlarımla çox normal, səmimi münasibətim var. Heç kimdən özümə qarşı qısqanclıq və ya hiddət görməmişəm.

Müsahibə

Nəşr edilib: 2020/07/28 9:46

Baxış:94


XƏBƏR LENTİ

2021/11/30 17:33

2021/11/30 17:13

2021/11/30 17:07

2020/07/28 9:46

2021/11/30 17:05

2021/11/30 17:03

2021/11/30 17:01

2021/11/30 16:59

2021/11/30 16:29

2021/11/30 16:24

2021/11/30 16:22

2021/11/30 16:21

2021/11/30 16:17

2021/11/30 16:15

2021/11/30 16:00

2021/11/30 15:59

2021/11/30 15:57

2021/11/30 15:55

2021/11/30 15:53

2021/11/30 15:52

2021/11/30 15:51

2021/11/30 15:50

2021/11/30 15:48

2021/11/30 15:47

2021/11/30 15:47

2021/11/30 15:46

2021/11/30 15:44

2021/11/30 14:49

2021/11/30 14:44

2021/11/30 14:38

2021/11/30 14:31

2021/11/30 14:21

2021/11/30 14:06

2021/11/30 14:02

2021/11/30 14:00

2021/11/30 13:58

2021/11/30 13:55

2021/11/30 13:52

2021/11/30 13:51

2021/11/30 13:49

2021/11/30 13:47

2021/11/30 13:47

2021/11/30 13:46

2021/11/30 13:43

2021/11/30 13:41

2021/11/30 13:38

2021/11/30 13:37

2021/11/30 13:35

2021/11/30 13:33

2021/11/30 13:33

«Подожгут» ли мигранты Сувалкский коридор?

Ситуация на границе Беларуси с Литвой и Польшей остается труднопредсказуемой. Еще накануне СМИ гордо сообщали, что Ирак начал вывозить своих мигрантов из Беларуси. Теоретически это должно было бы означать разблокирование кризиса и снижение напряженности. Но на практике до «отбоя тревоги» еще слишком далеко. Накануне президент Беларуси Александр Лукашенко вновь обвинил власти Литвы, точнее, литовских «силовиков», в убийстве нелегальных мигрантов. Еще 27 ноября  в Государственном пограничном комитете (ГПК) Белоруссии заявили, что обнаружили тело избитого до смерти «нелегала», на следующий день — об обнаружении тела «избитого и истощенного мужчины неславянской внешности», а также следы его волочения к белорусской границе с территории Литвы. Теперь обвинения озвучил уже президент Лукашенко. Он рассказал о двух трупах, «подкинутых» за последние два дня на белорусскую границу, и заявил, что якобы литовские правоохранители помещают в спальный мешок мертвых или полуживых нелегалов, после чего подбрасывают их на белорусскую границу, где местные пограничники обнаруживают уже бездыханные тела. Правда, зачем литовцам понадобилось подбрасывать тела избитых мигрантов на территорию Беларуси, не пояснил. Зато известно другое. Как уже рассказывал Minval.az, «миграционный кризис» на границе Беларуси с Литвой и Польшей возник отнюдь не спонтанно. Еще несколькими месяцами ранее турфирмы, связанные с Минском, начали активно предлагать на рынках Сирии, Ирака и Турции, где скопилось предостаточно беженцев из Сирии и Ирака, туры в Беларусь с перспективой перехода границы в Польшу и Литву, а это уже «шенген». Стоил такой «тур», напомним, от 10 до 12 тысяч долларов. Причем мигрантов «организованно» привозили на границу, те устраивали шумные марши, пытались прорываться силой… Честно говоря, то, что происходит на границе Беларуси с Польшей и Литвой, оставляет стойкое ощущение дежавю. Нечто подобное имело место летом 2020 года на дагестанском участке границы Азербайджана и России. КПП на границе тогда были закрыты из-за пандемии коронавируса, большая часть граждан Азербайджана, находившихся в РФ, вернулись домой уже в первые недели, а летом настал черёд тех, кто рассчитывал переждать пандемию в России, но затем передумал и все же решил возвращаться. Через закрытые границы пропускали с учетом емкости карантинной системы — свои правила диктовал коронавирус. МИД Азербайджана выступал с разъяснениями, советовал регистрироваться на специальном сайте и приезжать к КПП к назначенному времени перехода. Но тут же нашлись те, кто советовал ждать прямо у границы. В результате у КПП в Дагестане возник стихийный лагерь, напряженность росла, стали появляться провокаторы, которые советовали «прорываться»,.. Сегодня уже понятно, что обстановку в Азербайджане накаляли намеренно — накануне вооруженных провокаций в Армении. В случае же с белорусской границей расчет другой. Оказавшись в «нерукопожатном» статусе после президентских выборов 2020 года, жесткого подавления протестов, «дела Протасевича» и т.д., Лукашенко остро нуждался в чем-то таком, что заставило бы европейских лидеров все же выйти с ним на прямой диалог. Где миграционный кризис представляется как раз «достойной темой». Беларусь в ближневосточную политику интегрирована, конечно, слабо, но вот Россия — очень даже. Навербовать тех же иракских курдов, пообещать им «шенген» и ждать, когда в Вильнюсе и Варшаве запаникуют — все это представлялось «делом техники». Кризис, однако, срежиссировать удалось, но вот решить с его помощью главную задачу и пробить дипломатическую блокаду — уже нет. Да, телефонный разговор Лукашенко с Меркель состоялся, но вот удалось ли Минску повысить свой статус на европейском политическом поле, превратить тему мигрантов в предмет торга и расширить переговорную повестку — вопрос открытый. Более того, теперь уже и в адрес Минска и Москвы зазвучали обвинения, что там искусственно создали кризис на границе, а нелегалов просто обманули, пообещав им «шенген», которого не было и быть не могло. Именно тогда РосСМИ вдруг заговорили о жестокости польских и литовских силовиков в отношении мигрантов. Вначале рассказывали про «пестициды в воде полицейских водометов». Теперь градус «страшилок» повысился до трупов избитых мигрантов. Но, похоже, эти «страшилки» были лишь прелюдией к главной теме. Где уже на первом месте не мигранты с белорусской стороны границы, а солдаты НАТО — с польской и литовской. Напомним: о том, что к белорусской границе стягиваются натовские силы, сообщила российская газета «Известия» со ссылкой на соцсети. Затем факт сосредоточения войск подтвердил и неназванный источник в минобороны РФ. А военный эксперт Вячеслав Шурыгин припечатал: «Предлог для наращивания военной группировки всегда найдется. Все всегда чем-то это оправдывают. Вопрос только, чем такие вещи заканчиваются. Современные противоречия, которые все более туго затягиваются в первую очередь между нами, США и Великобританией, все меньше находят возможности разрядки через какие-то переговоры». И вот на этом фоне Александр Лукашенко выступил с заявлением, которое может иметь совершенно неожиданное продолжение. Президент Беларуси приказал своей армии быть готовой к «агрессии» НАТО и даже пообещал «не остаться в стороне» в случае войны на Донбассе. Но в то же время заявил, что ответного сосредоточения войск не будет. А вот это уже серьезно. Особенно с учетом некоторых реалий. Эксперты уже вспомнили о Сувалкском коридоре. Это узкая полоска земли, где соприкасаются границы Польши и Литвы. С востока ее очерчивает граница с Беларусью, с запада — с российской Калининградской областью. Здесь, по мнению многих экспертов, самая уязвимая точка в «натовской» обороне стран Балтии. И именно здесь риск военной детонации особенно высок. Тем более теперь, когда президент Литвы Гитанас Науседа обратился к НАТО с призывом пересмотреть отношения с Беларусью. Он заявил на совместной пресс-конференции с генсеком НАТО Йенсом Столтенбергом, что белорусская армия все больше интегрируется с вооруженными силами России, после чего продолжил: "Это ставит перед НАТО новые задачи, и альянс должен соответствующим образом скорректировать свои планы, стратегию и тактику, чтобы быть готовым к ответу". В переводе: если прежде Лукашенко еще вёл свою политику и воздерживался от слишком открытой поддержки российских военных игр, прекрасно понимая, что рискует в этой ситуации прежде всего Беларусь, а уже потом Россия, то теперь свободы рук у него куда меньше. А вот рисков существенно больше. И, как показывает отказ Минска начать ответное стягивание своих войск к границе, власти Беларуси все же намерены «оставить дверь для переговоров» открытой.  Другой вопрос, захотят ли войти в нее потенциальные собеседники И если да, то с каким именно переговорным предложением. Нурани

Президент Ильхам Алиев: «Азербайджан сам восстановил свою территориальную целостность»

Саммит ОЭС в Ашхабаде завершён. И, как того и следовало ожидать, теперь уже очередь за экспертным сообществом: подвести и проанализировать его итоги. И вот тут даже самый беглый анализ не оставляет сомнений: главным действующим лицом саммита был именно президент Азербайджана Ильхам Алиев. Встреча ОЭС состоялась через год после победы в Карабахе, и это нашло свое отражение во многих аспектах. Президент Азербайджана Ильхам Алиев в своем выступлении подчеркнул: «Азербайджан сам восстановил свою территориальную целостность. Азербайджан сам обеспечил исполнение принятых в 1993 году Советом Безопасности ООН четырех резолюций, требующих незамедлительного, полного и безоговорочного вывода армянских вооруженных сил с оккупированных территорий Азербайджана». А это не только констатация, скажем так, нового военно-территориального баланса. Азербайджан сделал то, на что у международного сообщества, Минской группы и т.д. не хватило почти что 30 лет. Чем доказал еще и свою государственную зрелость. Эти новые реалии нашли отражение в итоговой декларации встречи. Участники саммита ОЭС поздравили народ Азербайджана с победой и восстановлением территориальной целостности, а еще призвали вкладывать инвестиции в проекты на освобожденных землях. Более того, в итоговой декларации не просто говорится о документах, подписанных лидерами Азербайджана, России и Армении, но и употребляется именно слово «коридор». А это уже прямая иллюстрация к словам президента Азербайджана: «На последнем Саммите Организации экономического сотрудничества я проинформировал моих коллег о Зангезурском коридоре. Сегодня могу сказать, что Зангезурский коридор становится реальностью. Эта новая транспортная инфраструктура станет важной частью коридоров Восток-Запад и Север-Юг. Уверен, что страны-члены ОЭС будут пользоваться данным коридором». Для Азербайджана это — законный политический успех, подтверждение статуса страны-победителя и еще один шаг по конвертации военного успеха в политические и дипломатические дивиденды. Для Армении — дипломатическая катастрофа. Среди стран, подписавших итоговую декларацию с поздравлениями в адрес Азербайджана — три государства, входящих вместе с Арменией в ОДКБ: Казахстан, Кыргызстан и Таджикистан. Еще один удар после Тюркского саммита, и еще одна демонстрация влияния и авторитета Азербайджана на том «поле», которое Армения как бы должна считать своим. Здесь огромное поле для комментирования. Понятно, что «идущий в ад ищет себе попутчика», и политическая верхушка Армении регулярно это подтверждает. Только вот членство в ОДКБ не отменяет национальных интересов. Особенно теперь, когда Азербайджан обезопасил свои транспортные коммуникации и открывает Зангезурский коридор. Что вместе с транскаспийской паромной переправой и новым торговым портом на Каспии предоставляет странам Центральной Азии возможность удобного и прямого выхода в Турцию и на рынок Средиземноморья. И самое главное, никто не отменял ни признанных границ, ни международное право. Словом, неудивительно, что в Нур-Султане, Бишкеке, Душанбе делают ставку на Азербайджан. Более того, подписал итоговую декларацию и Иран, на который в Армении тоже возлагалось столько надежд. Впрочем, об Иране следует сказать особо. Как и планировалось, на полях саммита прошла встреча президентов Азербайджана и ИРИ Ильхама Алиева и Эбрахима Раиси. Которая обозначила новый, позитивный тренд в развитии отношений Азербайджана и ИРИ, совместное использование Зангезурского коридора и т.д. Более того, настоящей региональной сенсацией стало достижение трехсторонних договорённостей между Баку, Ашхабадом и Тегераном о своповых поставках туркменского газа через Иран в Азербайджан и далее уже по азербайджанскому Южному газовому коридору. Все три страны теперь участвуют в масштабном, долгосрочном и взаимовыгодном проекте, что многократно снижает вероятность конфликтов между ними. Более того, Ашхабад получил то, чего у него не было с момента распада СССР — выход на европейский рынок без посредничества российского «Газпрома». Что особенно примечательно сегодня, на фоне бушующего в Европе газового кризиса. Так что Азербайджану будет что представить на скором саммите ЕС и «Восточного партнерства». И это далеко не полный перечень тех итогов победы Азербайджана в Карабахе и связанных с ней региональных подвижек на поле только одной встречи в верхах. Не говоря о том, что очерченные на саммите ОЭС тренды только начинают раскрываться. Президент Азербайджана вновь продемонстрировал «мастер-класс» в большой дипломатии, и его результаты определяют «дипломатическую погоду» на огромном пространстве. Нурани

Сочинская встреча, геополитические «сюрпризы» и дилемма «Экспресс-газеты». И не только

Есть старое, но оттого не менее актуальное правило: лучше иметь умного врага, чем глупого союзника. Как и то, что от союзника прежде всего требуется верность. А еще, скажем так, предсказуемое поведение. И вот понимание этих простых политических истин как минимум позволяет пролить свет на некоторые «закулисные» стороны сочинской встречи. Здесь, пожалуй, следует немного изменить масштаб картинки. И сравнить отношения Кремля с Баку и Ереваном. Казалось бы, здесь все понятно. Азербайджан воздерживается от участия в интеграционных проектах, входит в Движение Неприсоединения, проводит действительно независимую внешнюю политику, поставляет нефть и газ на европейский рынок по независимым экспортным трубопроводам и ещё активно развивает сотрудничество с натовской Турцией. А Армения— исторический союзник России, ее даже называют «форпостом» Кремля, страна, входящая в ЕАЭС и ОДКБ. Но не все так просто. В самом деле, Азербайджан не просто выстроил с Россией конструктивными по-настоящему добрососедские отношения на основе взаимного доверия и уважения, которые теперь вышли на уровень стратегического партнёрства. Самое главное, что это отношения предсказуемые, стабильные и, если можно так выразиться, честные. Да, Азербайджан не участвует в интеграционных проектах, но и воздерживается от заведомо антироссийских авантюр и попыток срывать аплодисменты Запада за счёт демонстративных антироссийских шагов. Президент Азербайджана Ильхам Алиев выстроил успешное партнёрство и с Турцией, и с Россией, что позволило создать в регионе новый баланс сил. А Армения? Напомним: именно Ереван сорвал намечавшуюся на 9 ноября трехстороннюю встречу. Более того, «в пику» Москве Пашинян умоляет Евросоюз организовать своё посредничество, и в результате намечается встреча на полях саммита ЕС-«Восточное партнёрство». Это откровенная дипломатическая «подножка» Москве и посредничеству Путина — то, что на азербайджанском языке именуется "hörmətsizlik" и "saymamazlıq". Более того, Никол Пашинян готовится принять участие в организованном Джо Байденом «Саммите демократии». По мнению многих экспертов, этот саммит — попытка США сколотить этакую широкую коалицию против России и Китая. Армения— единственная страна, входящая в ЕАЭС и ОДКБ, которую туда пригласили. А в Ереване это приглашение с восторгом и подобострастием приняли. Что, во-первых, вряд ли осталось без внимания Москвы. А во-вторых, дает исчерпывающую информацию к размышлению о «верности» России как союзника. И, конечно же, свою роль сыграли и антироссийские митинги в Ереване. Здесь с любопытным комментарием выступила «Экспресс-газета». Та самая, которая не однажды публиковала топорные и примитивные фейки в адрес Азербайджана. Но на сей раз в статье под заголовком «Как Пашинян угробит Армению» газета рассказывает о тех самых антироссийских митингах в Ереване, когда «достаточно плотная колонна местных молодых парней» выкрикивала нецензурные «кричалки» в адрес Владимира Путина, а «один из их вожаков с трибуны орал: «Прощай, немытая Россия!»». Как продолжает издание», «после этого безумия азербайджанцы, не будь дураки, захватили опорные пункты армян на линии соприкосновения. Отняли у ара джанов оружие и заставили извиняться на телефоны», «премьер Пашинян, не разбираясь, что к чему, уволил министра обороны. И обратился к Москве с официальной просьбой защитить Армению от наглых парней из Баку». После чего замечает: «Российскому руководству не позавидуешь. С одной стороны - очень близкий нам народ, союзники ОДКБ. И на него нападают ближайшие союзники Турции - страны НАТО. Но с другой - почему простые парни из Ярославля или Рязани должны жертвовать собой ради спасения Пашиняна и его людей, которые устраивают дебоши на улицах Еревана?» Вопрос, в общем-то, риторический. Нурани