Milli parkda yanğın başlayıb – YENİLƏNİB

Lənkəran şəhəri, Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

