Milliləşdirilmiş legionerlər: Milyonların boşa getdiyi, uğursuzluğa uğramış idman siyasəti

Milliləşdirilmiş legionerlər: uğursuzluğa uğramış siyasət

İdman hər bir ölkənin xüsusi diqqət göstərdiyi sahədir. Dünyada elə bir ölkə yoxdur ki, orada idman sevgisi olmasın.

Hər bir qazanılmış medal ölkə üçün daha da tanınma, xalq üçün isə bayrağının ən yüksəkdə dalğalanmasının verdiyi haqlı qürur hissini yaşamaq deməkdir. Bu cümlədən Azərbaycanda qədim idman ənənələrinin yaşadıldığı ölkələrdəndir.

Minval.İnfo xəbər verir ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə bu sahədə bir çox işlər görülüb. Eləcə də xaricdən idmançılar cəlb etmək də bu sahədə görülən işlərdən biridir. Xaricdən idmançı cəlb etməkdə qeyr-adi bir şey yoxdur, bugünkü dövrdə hər bir dövlətin gördüyü işdir. Lakin ölkəmizdə deyəsən bu anlayış bir balaca səhv başa düşülüb.

Dünya praktikasına baxsaq görərik ki, bir çox ölkələrdə xarici idmançının  milliləşdirməsi o zaman baş verə bilir ki, həmin idmançının ölkəylə hər hansı bir əlaqəsi olsun. Bizdə isə bu iş fərqli görülür. Hər halda belə olmasaydı okeanın o biri tayından kubalı boksçu Lorenzo Sotomayor və ya avstriyalı Patrik Braxner ölkəmizi təmsil edə bilməzdi.

Respublikamızda bir sıra idman sahələrində, gimnastika, atletika, futzal, üzgüçülük, xizəksürmədə idmançılarımız arasında gəlmələrin sayı çox böyük üstünlük təşkil edir. Üstəlik bu legionerlərin çoxunun ölkəmiz haqda heç bir məlumatı yoxdur. Doğrudur, gimnastika və futzal idman növlərində uğurlu nəticələr çoxdur. Lakin hər nə qədər legionerlər uğur qazanıb, himnimizi dünyanın müxtəlif ölkələrində səsləndirərək bizi sevindirsə də, bizi bir o qədər biabır edib, ölkəmizi gülüş obyektinə çevirdikləri az olmayıb. Bu mənada Patrik Braxner, Oleq Stepko və Lorenzo Sotomayorun adları ilk yada düşənlərdəndir.

İlk olaraq Patrik Braxnerdən başlayaq. Avstriyalı idmançımız 18 yaşında Milliyə cəlb olunur. Hələ ölkəmizə gəlməmişdən öncə onun zədədən karyerasını bitirəcəyi xarici mediada dəfələrlə yazıldı. Əslində idmançının ölkəmizə gəlməmişdən öncəki nəticələri bir o qədər də pis deyil. Ancaq ölkəmizə keçidindən sonrakı nəticələri hər kəsi məyus edib.

Patrik Braxner ile ilgili görsel sonucu

2014-cü il Soçi qış olimpiadasında Patriklə birlikdə ölkəmiz 5 legionerlə təmsil olunur.  Söçidə Patrik xizəksürmənin böyük salom növündə 53-cü yeri tutur. Salom növündə isə heç finişə belə çata bilməyir. Digər legionerlərdə Patrikdən geri qalmayaraq pis nəticə əldə edir. Bundan 4 il sonra yəni bu il Pxençanda keçirilən qış olimpiyadasına Patrik qatılır, lakin bu səfər ölkəmizi tək təmsil etməli olur. (digərlərinin işi çıxır)

Əslində Soçi qış olimpiyadası ərəfəsində 5 legionerin milliyə dəvət olunması başa düşüləndir. Nəzərə alsaq ki, Rusiya bir çox Avropa ölkələrinin ötəri hazırlaşdığı Bakıdakı ilk Avropa oyunlarında canla-başla iştirak edib. Ölkəmizin də buna eyni jestlə qarşılıq verməsi təbiidir. Necə deyərlər, qonşuda bişər, bizə də düşər.

Patrik sonuncu qış olimpiadasında elə birinci mərhələdə finişə çata bilmir və yarışı başa vurmalı olur. Böyük məbləğ pul qarşılığında gətirilən idmançının heç bir uğur qazana bilməməsi məyus edici haldır.

Başqa bir legioner Oleq Stepkoda vəziyyət başqa cürdür. Oleq ölkəmizi təmsil edərkən  medal və medallar qazanıb. Ancaq bu medalları Bakıdakı ilk Avropa oyunlarında qazanıb.  2016 Rio olimpiyadasında isə biabırçı nəticə göstərərək 22-ci yeri tutdu. 2018-ci ildə isə Azərbaycan millisini Rusiya millisinə dəyişdi.

Oleq Stepko ile ilgili görsel sonucu

Başqa bir misal Lorenzo Sotomayor. O əslində uğur qazanmaq barəsində heç bir çətinlik çəkməyib. Elə Rio olimpiyadasında qazandığı gümüş medal da bunu sübutdur. Lakin onun bir hərəkəti çoxlarını açıqlandırıb.

Lorenzo Sotomayor ile ilgili görsel sonucu

Onun bu şəkli əslində gəlişinin təfərrüatını bir növ açıqlayır.

Bu siyahıya Boris Kirillov, Maksim  Averin, Alexei Sitnikov və s idmançını əlavə etmək olar. Hər halda legionerlərə xərclənilən pulun beşdə biri 200 metrədə qaçış üzrə dünya çempionu olan, Türkiyədə ilin idmançısı seçilən Ramil Quliyevə və Rio yay olimpiadasında Qazaxıstana qızıl medal qazandıran Nicat Rəhimova verilsəydi, onlar da bu medalları ölkəmiz üçün qazanardılar.

Yaxşı, bu qədər çox legioneri milliləşdirməyimizin səbəbi nədir? Bu məsələnin bir neçə səbəbi var.

Əsas səbəb kimi bu sahədə baş bilənlərimizin qısa yolla uğur qazanmaq istəməsini göstərərik. Uzun yol ilə uğur qazanmaq zaman, qətiyyət və maliyyə tələb edir. Baza və məktəblərin tikilməsi, bu bazalara püxtələşmiş kadrların göndərilməsi, idmançıların yetişdirilməsi, bunların hamısı zaman işidir.

Ancaq pul ilə hazır idmançıların cəlb edilməsi bunları tələb etmir. Elə pul demişkən, ölkəmizin olimpiadalar öncəsi qaliblər üçün elan etdiyi məbləğlər ölkəmizin adının dünya mediasında mənfi cəhətdən hallanmasına səbəb olur.

Bu təklif edilən məbləğləri azaldaraq onun yerinə həmin pulları idmançılar üçün tam təchizatlı bazaların yaradılmasına və onların maddi tələblərinin ödənilməsini təmin etmək üçün xərcləmək daha çox məqsədə uyğun olardı.

Tamerlan Mehdi

Minval.İnfo

İdman

Nəşr edilib: 2018/04/05 15:39

Baxış: 479


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06