Millimiz İrlandiyaya qarşı

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start veriləcək.
“Minval.info” xəbər verir ki, Azərbaycan millisi də A qrupunda 4-cü matçına çıxacaq.
Yığmamız səfərdə İrlandiya yığması ilə qarşılaşacaq. Dublində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, Canni de Byazinin yetirmələri keçirdiyi 3 oyundan sonra sıfır xalla qrupda sonuncu pillədə qərarlaşıb.
DÇ-2022-nin seçmə mərhələsi
V tur, A qrupu
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan
Baş hakim: Cerom Brisar (Fransa)
Dublin. “Aviva” stadionu
XƏBƏR LENTİ
2025/11/19 14:22

