Millimiz Makedoniyaya qarşı
Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.
Minval.info qol.az-a istinadən xəbər verir ki, Samir Əliyevin kollektivi Makedoniyanın U-19 yığması ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Qeyd edək ki, milli bundan əvvəl “Alnyaspor”un 19 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

