“Millimiz üçün 4-5 məşqçi ilə danışmışıq” – Ağasəlim Mircavadov

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytının suallarını cavablandırıb. 71 yaşlı mütəxəsis Məşqçilər Komitəsinin son iclasında müzakirə olunan məsələlərdən danışıb.

– Ötən ayın 29-u görüşdük. Söhbətlərimiz oldu. Yenə görüşəcəyik, onda biləcəyik nə var, nə yox.

– Görüşdə nələr müzakirə olundu? Əsas milli ilə bağlı söhbətiniz oldu?

– Yox, əsas milli ilə bağlı müzakirə aparmadıq. Ancaq aşağı yaş qrupları ilə bağlı danışıqlar oldu.

– 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə serbiyalı mütəxəssis Milan Obradoviçin gələcəyi deyilir.

– Bilmirəm, ya sabah, ya da növbəti gündə məsələ həll olunacaq, onda dəqiq bilinəcək. Biz indi mütəxəsislərə baxırıq, maraqlanırıq. Dəqiq qərar tezliklə veriləcək.

– Hazırda namizədlər arasında elə biri varmı ki, digərlərindən bir addım öndə olsun?

– Biz 4-5 mütəxəsislə danışmışıq. Hətta yerli çalışdırıcılarla da danışıq aparmışıq. Biz öz fikrimizi bildirmişik. Sonda hansı qərarın veriləcəyini deyə bilmərəm.

– U-21 millimizi yerli, yoxsa əcnəbi mütəxəssisin çalışdırmasını istərdiniz?

– Mən 1993-cü ildən yeri məşqçilərin tərəfdarı olmuşam. Sizə bir sualım var, siz çempionatdan razısınız?

– Xeyr.

– Niyə?

– Çünki rəqabət yoxdur.

– Mən sizə sual verdim, siz də cavab verdiniz. Vəssalam. Biz 4-5 əcnəbi, yerli məşqçilərlə danışmışıq. Yaxın günlərdə qərar veriləcək.

– Belə çıxır ki, gələn həftənin əvvəli açıqlanacaq?

– Qarşıdakı 1-2 gündə də ola bilər. Gələn həftə də açıqlanması mümkündür.

İdman

Nəşr edilib: 2019/01/04 16:37

Baxış: 733


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06