Millimizin boksçusu qalmaqallı foto paylaşdı – ETİRAZ (FOTO)
Boks üzrə milli yığmanın idmançısı fotosu ilə qınaq obyektinə tuş gəlib.
Minval.info xəbər verir ki, Lorenso Sotomayorun “İnstagram” hesabında paylaşdığı şəkil qalmaqala səbəb olub. Onun bir neçə bağlama “yüzlüklə” çəkdirdiyi foto sosial şəbəkə istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bokçsu insanların tənqid hədəfinə çevrilib. Onun millidə legioner olması, məsələni bir az da şişirdib. Narazı qalanlar bu pulların Azərbaycan vətəndaşlarına ayrılmalı olduğunu bildiriblər.
Qeyd edək ki, Lorenso Sotomayor yığma komandanın heyətində yer alması ilə yanaşı, “Qəbələ” İK-nun idmançısıdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


