Milyarderin çılğın qızı dünyanın gündəmində… – FOTOLAR
“Microsoft”un qurucusu və dünyanın ən varlı insanlarından biri, hətta birincisi olan Bill Qeytsin qızı Cennifer dünya mediasının gündəminə çevrilib. 21 yaşlı tələbə olan Cennifer sosial hesabında etdiyi paylaşımlarla yaşadığı bahalı həyatı sərgiləyir.
Cennifer Qeyts sosial hesabında demək olar ki, gününün bir çox hissəsini keçirir. O, gün ərzində getdiyi, gəzdiyi yerləri, yediyini və içdiyini sosial hesabında izləyiciləri ilə paylaşır.
Stanford universitetində təhsil alan Cenniferi İngiltərənin ən çox oxunan mediası olan “Daily Mail” qəzeti yaxından araşdırıb.

Yaxın zamanlarda ABŞ Atçılıq Federasiyasının keçirdiyi yarışlarda 19-cu yeri tutan Cenniferin paylaşdığı fotolarda yanındakı gənc oğlan da diqqətdən qaçmayıb.

Vaşinqtonda dünyaya gələn Cennifer Stanford universitetində biologiya fakültəsi üzrə təhsil alır. Fotolarda yanındakı diqqət çəkən gənc oğlanın isə onun sevgilisi olduğu məlum olub. Cennifer bu oğlan ilə təhsil aldığı universitetdə tanış olub.
“Daily Mail” qəzetinin yazdığına görə, Cenniferin sevgilisinin 26 yaşı var. Misirdə dünyaya gələn Nassarın həm də gənc iş adamı olduğu bildirilir.

Nassar da Cenniferin təhsil aldığı universitetin iqtisadiyyat bölümündə oxuyub və məzunu olub. Təhsil aldıqları sahələr ayrı olsa da, onların ən mühüm ortaq cəhətləri ikisinin də at çapmaq həvəskarı olmalarıdır.
Sosial hesabında paylaşımları ilə diqqəti çəkən Cenniferin bu hərəkətləri atası və anası tərəfindən heç də yaxşı qarşılanmayıb.

Melinda və Bill Qeyts cütlüyü dəfələrlə mətbuata açıqama verərək, övladlarını sosial mediadan uzaq tutmağa çalışdıqlarını bəyan etsələr də, Cennifer buna əməl etmir.
Qeyd edək ki, milyarderin qızının “İnstagram” sosial hesabında 80 milyondan çox izləyicisi var.
Musavat.com







