Milyonlarını kasıblarla bölən məşhur futbolçular – Onları siz də tanıyın

Futbol dünyada ən trend olan idman növlərindən biri, hətta birincisidir.

Futbolçular isə kifayət qədər yüksək məbləğə klublarda çıxış edirlər. Bu futbolçular arasında bəziləri var ki, çox pul qazansa da, yardıma ehtiyacı olan insanlar da yardım etməyi unutmurlar.

–       Cristiano Ronaldo

“Real Madrid”in ulduz futbolçusu oyun bacarığı ilə adından söz etdirdiyi kimi, etdiyi yardımlarla da insanların qəlbinə yol tapmağı bacarır. Bildiyimiz kimi Braziliya insanların maddi vəziyyətinin pis olduğu ölkələrdən biridir. Ronaldo Rioda bir məhəllə satın alaraq yüzlərlə imkansız ailəni orada məskunlaşdırıb və heç birindən pul da tələb etməyib. Bununla yanaşı Suriyada uzun müddətdir davam edən müharibədə əziyyət çəkən uşaqlar üçün 2 milyon dollar məbləğində pul göndərib. Hətta keçdiyimiz illərdə Nepalda baş verən 7.8 bal gücündə zəlzələdə minlərlə insan ölüb və evsiz qalıb. Ronaldo bu faciəyə də biganə qalmayaraq, 700 min avro məbləğində yardım göstərib.

–       Lionel Messi

Dünyanın ən sevilən futbolçularından biri olan Messi həm də “yardım mələyi” olaraq da adlandırılır. Ailəsinin ona vəsiyyəti üzrə hər il bir çox qurumlara maddi yardım göstərir. Suriyadakı müharibədən əziyyət çəkən uşaqlar üçün 20 müxtəlif tutumlu məktəb inşa etdirib və orada oxuyacaq 60 faiz uşağın təhsil haqqını öz üzərinə götürüb. Eyni zamanda YUNİSEF-in elçisi olan Messi Argentinada kimsəsiz uşaqlar qurumuna 300 min dollar dəyərində yardım edib.

–       Didier Droqba

Didier Droqba ən çox qazanan futbolçu olmaqla yanaşı, həm də yardımsevər bir futbolçu kimi də tanınır. Afrikaya, xüsusilə də öz ölkəsinin səhiyyəsinə külli miqdarda maliyyə ayırıb. Afrikada xəstə uşaqların müalicəsinə maliyyə dəstəyi göstərib. Hətta Türkiyədə olduğu vaxt yaşanmış mədən faciəsinə də müəyyən miqdarda maliyyə dəstəyi verib.

–       Devid Bekhem

Bir zamanların ulduz futbolçusu olan Devid Bekhem də öz əliaçıqlılığı ilə adından söz etdirməyi bacaran futbolçulardan olub. O da Messi kimi YUNİSEF-in elçisi və bir çox sosial layihənin aktiv iştirakçısı olub. O, Fransada uşaq klinikalarının birinə 500 min avro maliyyə yardımı göstərib. Eyni zamanda Şərq ölkələrində ən kasıb 10 ailənin hər baxımdan xərcini öz üzərinə götürüb.

–       Frederik Kanoute

Əslən Malidən olan keçmiş ulduz futbolçu kasıb ailələrə yardımları ilə də çox tanınır. Mali də kasıb insanların çoxluq təşkil etdiyi yerlərdən biridir. Frederik də öz növbəsində burada yaşayan kasıb ailələrə hər il külli miqdarda maliyyə yardımı edir. Eyni zamanda, Malidə sağlıq mərkəzi açdırıb ki, burada da kasıb ailələrin uşaqların sağlıq, təhsil, idman kimi pulsuz xidmətlər göstərilir.

Məleykə

Minval.info

İdman

Nəşr edilib: 2018/04/23 14:26

Baxış: 954


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06