Mingəçevirdə beşmərtəbəli yataqxana binasında yanğın baş verib – FOTO
Mingəçevirdə beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində yanğın olub.
Binada Yusibova Naziləyə məxsus 1 otaqlı mənzil əşyaları ilə birlikdə tamamilə yanıb. Ağdamdan məcburi köçkün olan Nazilə Yusibova deyir ki, evdə 7 nəfər qeydiyyatdadırlar:
”Biz evdə olmamışıq.Səhər 4-də mənə zəng gəlib ki, eviniz yanıb. Evdə oğlum olub. Qonşular yanğınsöndürə briqadasına zəng vurublar. Bütün sənədlərim yanıb, 30 ildir burda yaşıyırıq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

