Mingəçevirdə qandonduran cinayət — Narkoman 8 yaşlı oğlan uşağını zorladı
Cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Sadıqov Ağaəli Qurban oğlunun məhkəmə prosesi iyun ayının 21-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Mingəçevir şəhərində qeydə alınıb. Belə ki, 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb.
Hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib. Təqribən 38 yaşlarında olan Ağaəli Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.
Hadisə şahidləri bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.
İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub.
Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var. “Ölkə.Az”


