Minlərlə fələstinli İsrail hərbçilərinin üstünə yürüş etdi: Ölənlər var – FOTO-VİDEO
Qəzza zolağında minlərlə fələstinli altı həftəlik etiraz aksiyası çərçivəsində İsrail sərhədinə yürüş edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, İsrail hərbiçilərinin açdığı atəş nəticəsində azı 8 nəfər ölüb, mindən çox insan yaralanıb.
İsrail ordusu yürüşü altı müxtəlif nöqtədə baş verən “iğtişaşlar” kimi qələmə verib və yalnız əsas təxribatçı fəallara atəşin açıldığını bəyan edib.
“Böyük qayıdış” yürüşündə iştirak edən fələstinlilərin hazırda İsrail sərhədi yaxınlığında beş məntəqədə çadır düşərgəsi qurduğu bildirilir.
Aksiya iştirakçılarının İsrail hökumətindən əsas tələbi qaçqınların doğma vətənlərinə qayıtmalarıdır.
Minval.İnfo







XƏBƏR LENTİ
2025/11/19 14:22

