“Minsk 2019”: Azərbaycan boksçusu finala yüksəlib
Azərbaycan boksçusu Alfonso Dominqes “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.
“Report”un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:1. Dominqes finalda Gor Nersesyan (Ermənistan) – Benjamin Uittaker(Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

