Mirabdullah Abbasov “Neftçi”ni tərk edir? – Baş məşqçidən açıqlama

Aftandil HacıyevBu gün “Səbail” FK təlim-məşq toplanışı çərçivəsində Bolqarıstana səfər edəcək. Minval.info əməkdaşı klubun baş məşqçisi Aftandil Hacıyevdən səfər öncəsi müsahibə alıb.

– Aftandil müəllim komandada daxilində vəziyyət necədir?

– Vəziyyət normaldır. Məşqlər öz axarı ilə davam edir. Toplanışın ilk hissəsi Bakıda oldu, əsasən, fiziki hazırlıq üzrə məşqlər etdik. Hazırlıq planın 2-ci mərhələsi Bolqarıstanda olacaq. Orada bir neçə yoxlama görüşündə gücümüzü sınayacağıq.

– Mirabdulla Abbasovun “Səbail” klubuna keçidi nə yerdə qaldı?

– Bildiyiniz kimi, bizim büdcəmiz elə də çox deyil, o üzdən transfer məsələlərində olduqca diqqətliyik. Artıq Makedoniyalı qapıçı almışıq. Gördüyünüz kimi, 2 qapıçı ilə məşq çıxırıq. Rıbkanın zədəsi ciddi olduğundan qışa qədər çıxış etməyəcək. 2 qapıçı ilə kifayətlənmək Avrokubok oyunlarında çox təhlükəlidir. Ona görə, Daniel Bojinovski “Rabotniçki” klubundan transfer etdik, eyni zamanda “Zirə”dən Dilan Duventru heyyətimizə cəlb etmişik.

– Avrokuboklarda əsas hədəf nədir?

– Əsas optimal heyyət qurmaqdır. Bürünc medalları alandan sonra, heyətin 60 faizi komandanı tərk edib. Qısa zaman kəsiyində komplekt heyət qurmağa çalışacağıq və Avroliqada var gücümüzü ortaya qoyub, mümkün qədər mərhələləri adlanmaq üçün mübarizə aparacağıq.

– 1-ci təsnifat mərhələsində potensial rəqiblərdə məlumdur. Bunlardan Universitatya Krayova 1948″ (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub” (Moldova) və “Narva”dı (Estoniya) kimi komandalar var. Bunlar haqda nə deyə bilərsiniz ?

– Düşünmürəm ki, bunlar hamısı yaxşı komandalardır. İnanmıram, hansısa asan rəqib olsun. Hazırkı vəziyyətimizi nəzərə alaraq, hər biriylə düşsək, bizi ciddi sınaq gözləyir. Əlbəttə, ən çətin, arzuolunmaz rəqib rumınlardır. “Universitatya Krayova 1948” güclü komandasıdır. İndiki vəziyyətimizdə bizim üçün hamısı çətin rəqib sayıla bilər, lakin sonadək mübarizə aparacağıq.


Ağa Dadaşzadə / Minval.info

İdman

Nəşr edilib: 2019/06/18 13:53

Baxış: 174


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06