Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.
Minval.İnfo-nun APA-ya istinadən verdiyi xəbərə görə, yanvarın əvvəlində Misir prezidenti tərəfindən analoji fərman imzalanmışdı.
Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

