Moskvada 1 milyon dollar dəyərində qızıl oğurlayan azərbaycanlılar saxlanılıb
Minval.info saytı ölkə.az-a istinadən xəbər verir ki, “Tass” hüquq-mühafizə orqanlarındakı mənbəyə görə bunlar Azərbaycan vətəndaşlarıdırlar.
“Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır”, – deyə həmsöhbət əlavə edib.
Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.
Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


