Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub.
Minval.info “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin cənub-şərqində yerləşən Çoxfunksiyalı Mərkəzdə qeydə alınıb.
Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan biri yetkinlik yaşına çatmayandır.
Məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

