Rusiyada yaşayan azərbaycanlı blogger həbs edildi – Zarafata görə – VİDEO
Moskvada azərbaycanlı video-bloger Hüseyn Həsənovun “bank soyğunçuluğu” paytaxt polisini ayağa qaldırıb.
Minval.İnfo Rusiya mediasına istinadən xəbər verir ki, Həsənovun zarafat üçün çəkdiyi video polis tərəfindən ciddi qəbul edilib.
Məşjur blogger bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkərək görüntüləri 4,5 milyon izləyicisi olan instaqram səhifəsində paylaşıb. Videoda üzündə maska və əlində silah olan cavan oğlan bankı qarət etməyə hazırlaşdığını bildirib.
Nəticədə, blogerin mənzilinə 8 polis basqın edib. Polis mənzildə heç nə aşkar etməsə də, Həsənov və dostu polis bölməsinə aparılaraq dindirilib.
Yalan məlumat yarmaqda ittiham olunan dostlar barəsində cinayət işi qaldırılıb.
Qeyd edək ki, Hüseyn Həsənov Rusiyada ən məşhur video-blogerlərdən biri hesab olunur. Onun hər videosunu bir neçə milyon insan izləyir. Rus polisinin onu “tanımaması” və zarafatı “anlamaması” qəribədir.
Minval.İnfo

