Moskvada terrora hazırlaşan İŞİD-çilərin cəzası bəlli oldu

Moskva hərbi dairə məhkəməsi paytaxtda terror törətməyə hazırlaşan 2 İŞİD terrorçusuna verilən cəzanı açıqlayıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Bəxtiyar Mahmudov və Zafarxon Raxmatov hər biri 15 il həbs cəzası alıb.
İŞİD-çilər cəzalarını ağırrejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Onlar 2017-ci il dekabrın 11-də ələ keçiriliblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

