Güclü külək səbəbindən Moskva çayında içərisində insanlar olan yaxta aşıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, nəticədə 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.