Mosu “McDonalds”a çıxıb, özünü atmaq istədi – FOTO-VİDEO

Bir nəfər Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranının damına çıxaraq, intihar etməklə hədələyir.
Minval.İnfo xəbər verir ki, Musavat.com əməkdaşı hadisə yerindən xəbər verir ki, tanıyanların Mosu deyə xitab etdiyi şəxs qeyd olunan ərazidə balıq ticarəti ilə məşğul olur və içkili olması şübhəsi var. Onun hansısa tələbləri haqda məlumat yoxdur.
Musavat.com müxbiri bildirir ki, Mosu davamlı və rabitəsiz söyüş söyür. Polis onu binanın damından endirmək üçün dilə tutur. Lakin Mosu ləqəbli şəxs bildirir ki, onun balıq satışına mane olan “polka” götürülməsə, binadan aşağı enməyəcək.
Hadisə yerində olan müxbir Mosunun balıq satan tanışıyla danışıb. O deyib ki, Mosu “Vosmoy” bazarında işləyir. Bir ay olar ki, bazardan çıxardıblar. Böyük ehtimalla, buna görə belə edir. Bir dəfə də intihar etmək üçün “Lotos” ticarət mərkəzinin üstünə çıxıbmış.
Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub.
Müxbirin qeydə aldığı foto və videoları təqdim edirik:
Musavat.com





