Mourinyonun bəyənməyib göndərdiyi, amma sonradan ulduz olan futbolçular – FOTOLAR
Dünyanın ən məşhur baş məşqçilərindən olan Joze Mourinyo məşqçilik etdiyi klublarda bir çox ulduzla problem yaşayıb.
Minval.info bu məqalədə Mourinyonun problemlər yaşadığı ulduzlardan bəhs edəcək.
Kevin De Brune

Gənc oyunçu 2012-ci ildə “Genk” dən 6 milyon funt sterlinq qarşılığında “Çelsi” klubuna transfer olunub. Qısa zamanda klubda özünü göstərən belçikalı yığmaya dəvət olunur. 2013-cü ildə klubun başına Mourinyo gətirilib. Bundan sonra Kevin daha az heyətə düşür, 2014-cü ildə isə o, 18 milyon funt sterlinq qarşılığında “Volfsburq” klubuna transfer olunur. Burada baxımlı oyunu ilə seçilən Kevin 2015-ci ildə “Mançester Siti” klubuna 55 milyon funt sterlinqə transfer olunub. Hazırda Kevinin adı dünyanın ən istedadlı oyunçuları arasında hallandırılır.
Məhəmməd Salah

Son günlərdə “Liverpul” da vurduğu qollarla adından tez-tez söz etdirən misirli 2014-cü ildə “Çelsi” klubuna transfer olunub. Salah da digər ulduzlar kimi Mounun gözünə girə bilməyib və “Roma” klubuna transfer olunub. “Roma” da bir uğurlu mövsümdən sonra “Liverpul” klubuna 42 milyon funt sterlinq qarşılığında transfer olunub.
Romelu Lukaku

16 yaşında Belçika birinci liqasında 28 qolla qol kralı olan Lukaku “Çelsi” yə transfer olunur. Mourinyo komandaya gəldikdən sonra Lukaku əsas heyətə düşməkdə çətinlik çəkir. 2013-cü ildə “Everton”a klubuna icarəyə verilir, burada keçirdiyi 33 oyunda 16 dəfə fərqlənən futbolçu 2014-cü ildə “Everton” klubu ilə 5 illik sözləşmə imzalayır. 2017-ci ildə isə Mourinyonun rəhbərliyindəki “Mançester yunayted” klubuna 75 milyon funt sterlinq qarşılığında transfer olunub.
Juan Quadrado

“Çelsi” klubuna “Fiorentina”dan transfer olunan oyunçu Mourinyonun komandasında heyətə düşməyə çətinlik çəkir, bundan sonra “Yuventus” klubuna transfer olunur.
Rikardo Quarejma

Böyük ümidlərlə “İnter” klubuna transfer olunan Quarejmanın ulduzu Mourinyo ilə heç barışa bilmir. Mourinyo onu Çempionlar liqasının finalında oynatmır buda Kuarejmanın klubu tərk etməsinə səbəb olur.
Xatırladaq ki, son günlər tez-tez Poqbanın da bu listə daxil olacağına dair xəbərlər yayılır. Buna səbəb kimi onun oynadıldığı mövqeydən narazı olması göstərilir.
Tamerlan
Minval.İnfo


