Mövlud Çavuşoğlu: “Əfqanıstandan 1 404 nəfəri təxliyə etmişik”
“Türkiyə Əfqanıstandan 1 404 nəfəri təxliyə edib”.
“Minval.info” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, evakuasiya olunanlardan 1 061 nəfəri Türkiyə vətəndaşıdır.
“Hazırda 200 vətəndaşımız Əfqanıstandan qayıtmaq istəyindədir. 4 500 vətəndaşımız Əfqanıstandadır. Önəmli hissəsi qayıtmaq istəmədiyini bildirib”, – o qeyd edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

