Mövlud Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”
“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.
Minval.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, – nazir vurğulayıb.
XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

