Əmrə Morun “Qalatasaray”a keçidi rəsmiləşib
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“Minval.info”nun məlumatına görə, İstanbul təmsilçisi Türkiyə milli komandasının oyunçusu Əmre Moru icarəyə götürüb.
İspaniyanın “Selta” klubu ilə futbolçusu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. “Qalatasaray” Viqo təmsilçisinə 600 min avro ödəyəcək. Futbolçunun özü isə bu keçiddən 725 min avro qazanacaq.
Müqaviləyə əsasən, istanbullular bir ildən sonra 8 milyon avro ödəməklə 22 yaşlı hücumçunu transfer edə bilərlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

