“Əmrahın mahnısını oxudum, evdən qovuldum”
Aparıcı-prodüser Tarix Əliyev uşaqlıq illəri ilə bağlı səmimi açıqlamalar verib.
OLAY yazır ki, bu barədə Tolik “Söz baz” proqramında qonaq olarkən danışıb. O, uşaqlıq xatirələrindən söz açarkən bunları söyləyib:
“Xalamgilə getmişdim. O vaxt Əmrahın “Haram gecələr” mahnısı yayımlanmışdı. Onu oxuduğum üçün xalamın əri məni gecə evdən qovdu. Onda Tolik deyildim. Türkandan Hövsana tək, qaranlıqda, avtobus yox idi, çöllü-biyabanlıqda piyada gəlirdim. O qorxu ilə yol getdim”.
https://www.youtube.com/watch?v=Rr2W4SXOBCs
XƏBƏR LENTİ
2025/11/19 14:22

