MTRŞ efirdəki rəzilliyə görə “Space” TV-ni cəzalandırdı – Video
“Space” TV-nin “Hər səhər” verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib”.
Bunu Minval.info-ya MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Həmçinin oxu: “Space”in efirindəki söyüş qalmaqalına görə sərt atdımlar atıldı: Qovulmalar, qadağalar…
T. Dadaşov bildirib ki, 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib.
T. Dadaşov qeyd edib ki, iş məhkəməyə göndərilib.
Qeyd edək ki, videoda yaş məhdudiyyəti tələb edən ədəbsiz ifadələr var. Bu sözlər efirdə yayımlansa da, biz oxucularımıza bir daha xəbərdarlıq edirik.

