Mübariz Tağıyev: “70 yaş nədir ki, bəlkə də üçüncü dəfə ata olmaq fikrim var” – Müsahibə

Bu gün bir sıra mətbuat orqanlarında xalq artisti Mübariz Tağıyevin üçüncü dəfə, oğul atası olması ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, xalq artistinin hazırda 70 yaşı var. Sənətçi iki dəfə ailəli olub. Onun ikinci evliliyindən iki qızı var. 

Yayılan məlumat ilə bağlı xalq artisti “Yeni Müsavat”a danışıb.

O, qeyd edib ki, dünyaya gələn onun oğlu deyil, qızının övladıdır: “Qızımın oğlu olub, nəvəm dünyaya gəlib. Bu mənim beşinci nəvədir. Mən bu gen efirə də çıxdım, bu haqda danışdım. Sözün düzü saytlarda nə olduğunu , nə baş verdiyini anlaya bilmirəm. Hər zaman jurnalistlərin tədbirində yaxından iştirak etmişəm, mətbuat ilə aramda heç zaman problem, qalmaqal yaşanmayıb. Bu nə biabırçılıqdır, nə deməkdir?! Əvvəlcə mənə zəng vurub bu haqda soruşmalı,  sonra yazmalı idilər. Kimin ağlına nə gəlir, yazır”.

– Bu günə qədər belə bir olayla qarşılaşmışdınız?

– Xeyr, heç vaxt bu cür biabırçılıqla qarşılaşmamışam. Nədir axı bu, heç nə başa düşə bilmirəm. Bunun etməklə nə qazandılar? Gərək ilk növbədə mənim ilə əlaqə saxlayardılar. Lap yaxşı, 70 yaş nədir ki? Bəlkə elə fikrim var bu yaşda üçündü dəfə ata olmağa? (gülür)

– Uzun müddətdir ki, sizi efirlərdə görə bilmirik?

– Niyə ki, varam. Amma dövlət kanallarında, yəni AzTV-də, Mədəniyyət kanalında, İTV-də oluram. Digər özəl kanallarda yoxam.

– Artıq bir müddətdir ki, AzTV-də yaradılan Bədii Şuranın üzvüsünüz. Şuranın son gördüyü işlər barəsində nə deyərdiniz? Nəticələr sizi qane edirmi?

– Hansı fikirləri nəzərdə tutmuşduq, planlarımız var idi, hamısı ardıcıl olaraq həyata keçir. Baxın görün efirlərdə neçə-neçə yeni  verilişlər efirə çıxır, yayımlanır. Ümumiyyətlə, efir çox dəyişib.

– Amma bu dəyişkənlik, yenilik əsasən dövlət kanallarında müşahidə olunur. Özəl kanallarda yenə də bayağı musiqilər səslənir, verilişlər yayımlanır. Bir dəfə müsahibənizdə qeyd etmişdiniz ki, Bədii Şuranın rəyləri özəl kanallara da şamil ediləcək. Amma deyəsən bu hələ öz yerini tapmır?

– Mən özəl kanallardan heç nə gözləyə bilmərəm. Özəl kanalların öz  bədii şuraları var və bu istiqamətdə işləyirlər. Lakin onların nəticəsi barədə heç bir məlumatım yoxdur. Ümumiyyətlə, bu barədə bir söz deyə bilmərəm.

– Yenidən konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?

– Bildiyiniz kimi 70 illiyim ilə əlaqədar olaraq Heydər Əliyev adına Sarayda 3-4 saata yaxın canlı konsertim oldu. Artıq onun üzərindən bir ilə yaxın vaxt keçir və yenidən konsert proqramı üzərinə çalışıram.

– Yəni, yeni konsert gözləniləndir?

– Bəli. Yeni mahnılarım, yeni proqramım var. Amma bu barədə əvvəldən deyəndə bir şey ortaya çıxmır. Hazırlaşım, daha sonra dəqiq bir məlumat deyəcəm.

Qeyd edim ki, bu ildən Milli Konservatoriyada dərslərim var. Bununla da işlərim daha da çoxalıb. Buna görə konsert proqramım bir qədər ləngiyə bilər.

Müsahibə

Nəşr edilib: 2019/09/27 13:17

Baxış: 412


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06