Müdafiəçi bir oyunda 3 dəfə penaltiyə səbəb oldu – VİDEO
Portuqaliya Premyer Liqasında keçirilən “Sportinq”(Lissabon) – “Rio Ave” (2:3) oyununda futbolda nadir hallarda rast gəlinən anlar yaşanıb.
Belə ki, meydan sahiblərinin 28 yaşlı uruqvaylı futbolçusu Sebastiyan Koates oyun ərzində 3 dəfə komandasının əleyhinə penaltiyə səbəb olub. Həmin penaltilərin 3-ü də qol olub. Bu azmış kimi, futbolçu ikinci sarı vərəqəni də alaraq komandasını meydanda 10 nəfərlə buraxıb.
Həmin oyunun icmalını sizə təqdim edirik:
XƏBƏR LENTİ
2025/11/19 14:22

