Müdafiə nazirinin sabiq müavini vəfat etdi
Müdafiə nazirinin sabiq müavini, general-mayor Məmmədhüseyn Sarıyev vəfat edib.
Minval.info xəbər verir ki, ehtiyatda olan general-mayor bu gün İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
Allah rəhmət eləsin!
Qeyd edək ki, M. Sarıyevə 1994-cü ildə general-mayor rütbəsi verilib. O, 1998-ci kimi müdafiә nazirinin tikinti və mənzil təminatı üzrə müavini olub. General ehtiyata buraxıldıqdan sonra Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri idi.
XƏBƏR LENTİ
2023/11/14 12:22
2023/11/14 12:19
2023/11/09 11:00
2023/11/09 10:55