Müdafiə Nazirliyi məlumat yaydı: “… uşaqların oyunu zamanı ermənilərin əlinə keçib”

Müdafiə Nazirliyi erməni mətbuatında Azərbaycana məxsus pilotsuz uçan aparatın vurulması ilə bağlı yayılan xəbəri təkzib edib.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, mətbuatda yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur: “Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib”.(apa)
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

