Müğənni Aslan Hüseynov qəzada vəfat edib? - AÇIQLAMA
Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişdi.
Baku TV-nin əldə etdiyi məlumata görə, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb.
O, xəstəxanaya çatdırılsa da orada keçinib.
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:
“Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

