Müğənni Damla: “Məni yıxdılar-sürüdülər, boğulurdum…” – VİDEO
Müğənni Damla “Hər şey daxil” verilişində maraqlı açıqlamal verib.
Minval.info xəbər verir ki, proqrama qonaq olan sənətçi atası rəhmətə gedəndən sonra böyük tənqidə tuş gəldiyi barədə danışıb.
Damla bildirib ki, bu mövzuda onu nəinki qınayıblar, hətta “yıxıb-sürüyüblər”:
“Təsəvvür edin, elə bir məqam gəlib çatmışdı ki, Allaha and olsun gecədən səhərə qədər yerimdə ağlayırdım. Mənimlə bir xanım qalırdı, məndən toparlanmağımı xahiş edir. Səhər oyanırdım, yazılan şərhləri oxuyurdum, dəhşət bürüyürdü məni. Boğulurdum, çıxılmaz vəziyyətdə qalırdım ki, insanlar bu qədərmi azğınlaşıb”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

