Müğənni evinə oğurluğa girənləri “Maşın” şouda bağışladı
Estrada müğənnisi Fuad Musayev “Maşın” şouda evindən oğurluq edənlərdən danışıb.
Musavat.com xəbər verir ki, ifaçı iştirakçıların səsverməsi nəticəsində səsverməyə çıxıb. O, tamaşaçılarından səs istəmədən öncə evinə oğurluğa girənləri bağışladığını deyib:
“Evimə oğurluğa girənləri bağışlayıram. Onlardan biri qonşum Səbinədir. Səbinənin balaca uşağı var. Anası zəng edib ağladı. Mən onu bağışlayıram”.
O, hədəfinin Ayan Babkişiyeva olduğunu açıqlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

