“Müğənnilərin arxasından 10 baş çıxır, şəxsi həyatları qalıb ki!?” – Efirdə qalmaqallı sözlər
“Müğənnilərlə savaşa çıxmaq, siyasi savaşdan qat-qat çətindir”.
Minval.info xəbər verir ki, bu sözləri jurnalist Tahirə Məmmədqızı “Ondan sonra” verilişinin canlı efirində deyib.
“Bir müğənninin arxasından 10 baş çıxır. Bir məqalə yazırsan, redaksiyaya, ailə üzvlərinə, az qala dostlarına da zəng gəlir ki, bu, aradan qaldırılsın” – media nümayəndəsi söyləyib.
O bildirib ki, sənətçilərin həyatı hamı üçün maraqlıdır: “Bu gün tanınmışların, müğənnilərin və s. arasında şəxsi həyat qalıbmı ki, biz onu üzə çıxaraq?! Təbii ki, istisnalar var. Sosial şəbəkə vasitəsilə özləri hər şeyi qarşımıza qoyur. Bunu yem kimi önümüzə çıxarırlar ki, yeyin-için”.
Verilişin eksperti İntiqam Valehoğlu müğənni Sevda Sonalıyeva haqqında işlətdiyi sözlərlə diqqət çəkib. O, sənətçinin proqrama dəvət edildiyini, amma gəlmədiyi üçün bundan narazılığını ifadə edib. Onun barədə danışarkən ironiya ilə “rəqqasə kimi tanınan” sözlərini dilə gətirib. Eyni zamanda müğənniliklə yanaşı, əvvəlki peşəsi ilə məşğul olduğunu bildirib və musiqi ifa edərkən “bir az başqa cür, yaxşı oynayır” deyib.
Minval.info

