Müğənninin hərəkəti etirazla qarşılandı – VİDEO
Müğənni Abbas Bağırov tənqid hədəfinə tuş gəlib.
Minval.info xəbər verir ki, onun azyaşlı ilə çəkdiyi video izləyicilər və mütəxəssislər tərindən narazılıqla qarşılanıb.
Belə ki, müğənni bacısı oğlunu avtomobilin ön oturacağın əyləşdirib və bunu mobil telefonla lentə alıb. Sənətçi bunu sosial şəbəkə hesabında paylaşıb. Eyni zamanda Abbas bağırov uşağın təhlükəsizliyi üçün kəmərdən istifadə etməyib.
Avtostop verilişindən tanıdığımız DJ Tural bunun cərimə olduğunu qeyd edib. Üstəlik, müğənninin davranışını tənqid edib:
“Uşaq qabaqda əyləşib. 60 manat, üstəgəl 3 bal. Arxadan biri tam sürətlə gəlib çırpılsa, uşağın əti ələ gəlməyəcək”.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

