Mühafizəçi tutduğu oğrunu döyə bilərmi? – “Onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”

Bir neçə gün öncə “Neftçilər”” metrostansiyasının yaxınlığında yerləşən “Rahat” marketdə oğurluq baş verib.

Xəbər verdiyimiz kimi, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq 10-dan çox şokolad oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb.

Mühafizəçilərin kabinetə apardığı şəxs daha sonra sifəti qan içində marketdən qaçmağa cəhd edib və o, “qaçsan, səni vuraram” deyən şəxs tərəfindən hədələnib.

Yayılan görüntülərdə oğurluğa cəhd edən şəxsin döyüldüyü anlaşılır. Bəs market mühafizəçilərinin tutduqları şəxsi döyməsi nə qədər düzgündür? Bu cür məsələlər hansı formada yoluna qoyulmalıdır?

Məsələ ilə bağlı Minval.info-ya danışan hüquqşünas Səbuhi Axundov mühafizəçilərin hərəkətinin tam qanunsuz olduğunu deyib:

“Hər bir halda hüquq mühafizə orqanları çağırılmalıdır. Əgər mühafizəçilər oğurluq edən şəxsi tutduqdan sonra döyüblərsə, xəsarətin ağırlıq dərəsindən asılı olaraq onlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunvericilik polisə, mühafizə orqanlarına heç bir halda vətəndaşı döyməyə imkan vermir”.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, özəl mühafizə xidməti həyata keçirən şirkətlər rəsmi icazə (lisenziya) almalıdırlar. Hüquqşünas bildirib ki, mühafizə xidməti təklif edən şirkətlərin bir çoxu bu lisenziyanı almır:

“Ola bilsin bu mühafizəçilərin təlimatlandırılması düzgün aparılmayıb. Əksər mühafizə xidməti ilə məşğul olan şəxslərin lisenziyası yoxdur. Mühafizə şirkətlərinə fəaliyyət göstərmək üçün lisenziya Daxili İşlər Nazirliyi tərəfindən verilir. Ancaq təhlükəsizlik xidməti göstərən şirkətlərin çoxu bu rəsmi dövlət icazəsinə sahib deyillər. Fərdi şəxslər isə mühafizə kimi işə başlayanda onların fiziki göstəricilərinə diqqət edilir, psixoloji təlimatlandırma isə həyata keçirilmir.

Bu günə qədər hüquq mühafizə orqanlarında qanunsuz fəaliyyət göstərən onlarla bu cür şirkətlərə qarşı tədbirlər görülüb, məhkəmələr həyata keçirilib. Əgər həmin marketin mühafizəçiləri də lisenziyasız işləyirsə, bu əlavə cinayət işinin açılmasına da səbəb olacaq”.

Qeyd edək ki, Qanunda, həmçinin, özəl mühafizə fəaliyyətinin prinsipləri kimi qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması vurğulanıb.

Dəniz Kərimzadə

Minval.İnfo

Ölkə

Nəşr edilib: 2018/04/24 14:46

Baxış: 313


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06