Müharibədə həlak olan uşaqların yeni sayı
“Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”.
“Minval.info” xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 014 təhsil müəssisəsinə ziyan dəyib, 91-i tamamilə dağılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

