“Müqaviməti davam etdirmək düşmənə baha başa gələcək” – Ekspert

“Artıq ermənilərlə məsələ bitib”

“Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir”. Bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı deyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, Kəlbəcərin azad edilməsi düşmən qüvvələrinin mühasirəyə düşməsi deməkdir.

“Dağlıq Qarabağın Ermənistana və İrana 4 istiqamətdən gediş-gəlişi, dəhlizi vardı. Prezident İlham Əliyevin Kəlbəcərin bir hissəsinin işğaldan azad etdiyimizi deməsi Laçın və Kəlbəcər-Vardenis yolunun bağlanmasına işarədir. Bundan əvvəl isə Arazboyu ərazilərin ermənilərdən təmizlənməsi, müzəffər Azərbaycan Ordusunun Ermənistanla sərhəddə qədər irəliləməsi ilə digər 2 dəhliz də bağlanmışdı” – deyə ekspert bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağdakı erməni silahlıları müqavimət göstərəcəklərsə, təbii ki, məhv ediləcəklər:  “Bundan başqa, qaçıb dağlarda gizlənmək kimi perspektivləri də var. Bu halda da acından ölmək, dağlarda qışın soyuğunda qırılmaq təhlükələri böyükdür. Düşmənin hazırkı durumu çox ağırdır. Ard-arda mövqelərini, İranla sərhədə nəzarəti itirib. Üstəlik də artıq mühasirəyə düşmək riski ilə üz-üzədir. Artıq tam qapanırlar və bundan sonra hərbi texnikanın Qarabağa daşınması onlar üçün çətinləşəcək. Ancaq biz səbrliyik, dövlət başçısı da tam arxayın olandan sonra açıqlamalar verir ki, hansı ərazilər azad olunub. Əslində reallıq belədir ki, daha çox ərazi azad olunub. Düşmənin iki yolu var – ya ağ bayraq qaldırıb təslim olmalı, ya da müqaviməti davam etdirməli… Müqaviməti davam etdirmək onlara baha başa gələcək, özləri də etiraf edir ki, hər gün 50-60 nəfər itirirlər, halbuki daha çox itkiləri var. Hər gün daha çox hərbi texnika itirirlər. Yəni bu itkilərin olmasını istəmirlərsə, dayana bilərlər. Ancaq inanmıram, erməni xisləti elədir ki, çalışacaqlar bir az da müqavimət göstərsinlər, çalışacaqlar dünyadan dəstək alsınlar. Ancaq dünya artıq onlara dəstək vermir, sözdə dəstək verirlər ki, guya Ermənistanı bu faciədən qurtarmaq istəyirlər. Cənab İlham Əliyev də çıxışında vurğuladı ki, artıq bizi heç nə, o cümlədən, Azərbaycana olan təzyiqlər dayandıra bilməz, biz axıra qədər gedəcəyik. Türkiyə kimi bir dövlət də bizim arxamızdadır və bu təzyiqləri neytrallaşdırır. Yəni artıq ermənilərlə məsələ bitib”.

Siyasət

Nəşr edilib: 2020/10/27 9:56

Baxış: 104


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06