“Müsəlman Birliyi”nin üzvü azadlıqda – qumbara, narkotik ittihamı ilə həbs edilmişdi

“Müsəlman Birliyi” Hərəkatının fəalı azadlığa çıxıb. O, həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

Minval.info xəbər verir ki, “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov 2 il 6 aylıq cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Elşən Abbasov 2017-ci ilin oktyabr ayında həbs edilmişdi. Ona qarşı 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə cinayət işi açılmışdı. 2018-ci il iyulun 1-də 2 il 6 ay həbs cəzasına məhkum edilmişdi.

Məlumata görə, E.Abbasovdan 1,9 qram heroin götürülüb, onun avtomobilindən isə “Naqan” tapançası, qumbara və bıçaq tapılıb.

E.Abbasov bundan əvvəl 2011-ci il mayın 6-da dindarların Təhsil Nazirliyinin önündə məktəblərdə hicaba qadağanın aradan qaldırılması tələbilə keçirdikləri mitinqdə iştiraka görə ictimai asayişin pozulması ittihamı ilə 2 il azadlıqdan məhrum edilmişdi.

İlkin

Ölkə, Vacib

Nəşr edilib: 2020/04/26 20:06

Baxış: 143


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06