Musiqi əməliyyat ağrılarını yox edir- ARAŞDIRMA
İngiltərədəki “Queen Mary Universiteti”nin elm adamlarının araşdırmasında 7 mindən çox xəstənin məlumatları toplanıb. Bəziləri musiqinin ağrı kəsici, bəziləri isə rahatlaşdırıcı təsirinin olduğunu deyib.
Minval.İnfo xəbər verir ki, əməliyyat əsnasında, əvvəl və sonrasında musiqi dinləmək ağrıları yüngülləşdirdiyi üçün xəstələrə daha az ağrı kəsici verilir.
Elm adamları, ümumi anesteziya zamanı belə musiqinin müsbət təsirlərini müşahidə edib.
Mütəxəsislər tərəfindən musiqinin ən ucuz və etibarlı bir ağrıkəsici vasitə olduğu vurğulanır.
Araşdırmanın nəticələri “Lancet” jurnalında nümayiş olunub.
Mira
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

