Mustafa Ceceliyə daha bir zərbə…
Türkiyəli müğənni Mustafa Cecelinin Konya şəhərinin Seydişehir rayonunda verəcəyi konsert bələdiyyə tərəfindən ləğv edilib.
Minval.info qafqazinfo.az-a istinadən xəbər verir ki, buna səbəb kimi onun keçmiş həyat yoldaşı Sinəm Gediyin müğənni İntizarla məhrəm görüntülərini yayması ilə bağlı KİV-də yayılan xəbərlər göstərilir.
Qeyd olunur ki, 10-15 avqust tarixlərində təşkil ediləcək konsertdə M. Ceceli ilə birlikdə Esat Kabaklı, İsmail Altunsaray, Uğur Işılak, Hüseyin Kağıtın da çıxış etməyi planlaşdırılıbmış.
XƏBƏR LENTİ
2025/11/19 14:22

