Mustafa Sandal keçmiş arvadı ilə evlənir
Müğənni Mustafa Sandal uşaqlarının istəyi ilə karantin günlərini keçmiş həyat yoldaşı Emine ilə eyni evdə keçirir.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük birlikdə gözəl vaxt keçirdiyi üçün yenidən evlənməyə qərar verib.
Qeyd edək ki, 4 il eşq yaşayan Emine ilə Mustafa 2008-ci ildə ailə qurmuşdu. Onlar 2018-ci ilin iyun ayında razılaşma yolu ilə boşanmışdı. Cütlüyün iki oğlu var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

