Ən amansız qırğın: tanklar, uşaqlar və dəli peyğəmbər….
Allahın qəzəbi
Amerikada adventis dini cəmiyyətin üzvlərindən biri özünü məsiha (xilaskar) adlandıraraq, öz tərəfdarlarını səhranın ortasında tikdirdikləri evdə saxlayır, yaşından asılı olmayaraq, cəmiyyətin üzvü olan bütün qadınlar zorlayır, Federal Təhqiqat Bürosu(FTB) həmin sektanın təslim olmasını tələb etdikdə isə o, evə toplaşan bütün tərəfdarlarını dir-diri yandırır….
Peyğəmbər xristianlığın müqəddəs kitabı olan İncili daha dəqiq oxuduğunu iddia edərək, əqidə tərəfdarlarını bir araya toplayır və onların ölməz ruhunu xilas etmək üçün hamısını yandırır…
XX əsrin dəhşətli qarşıdurmalarından biri olan bu olay Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Davudun Vetva”ları sektasının üzvləri və ABŞ hakimiyyəti arasında baş verib. Sekta üzvləri özlərinin sığınacağı və evi adlandırdıqları “Maunt Karmel” də (Texas ştatında) baş verən qarşıdurmada 86 nəfər həlak olur.
Bolqar peyğəmbəri
Bolqarıstanlı immiqrant Viktor Xutev 1929-cu ildən Yeddinci günün adventistləri məktəbində müəllim olaraq çalışmağa başlayır. Xutev öz qarşısına iki məqsəd qoyur: kilsəni yeniləmək və İncil kitabında haqqında yazılan 114 min seçilmişlərin kimliyini öyrənmək. Xutev bu fikirlərinə görə, dini qurumlardan uzaqlaşdırılır, kilsə rahibləri tərəfindən sərt tənqid edilir.

Viktor Xutev
Bu olaylardan sonra Xutev ətrafına xeyli sayda tərəfdaş toplayaraq özünü peyğəmbər elan edir. Xutev 1934-cü ildə Yeddinci günün adventistlərindən tamamilə uzaqlaşaraq özünün şəxsi kilsəsini yaradır.
Kilsəyə gələnlər onu “Prut Pastuxa” adlandırırdılar. Həmin illərdə yeni təriqətçilər Texas ştatına köçərək orada məskunlaşırlar. Xutev və tərəfdaşları yeni evlərini Karmel dağının şərəfinə “Maunt Karmel” adlandırdılar.
Dini rəvayətə görə, İlya peyğəmbər İsrail xalqını bu dağda yenidən Allaha ibadət etməyə inandırıb. Xutevin təbliğ etdiyi etiqad onun məşhurlaşmasına səbəb olur və minlərlə insan onun təriqətinə üzv olur. 1955-ci ildə Xutev gözlənilmədən vəfat edir.
Təşkilatın rəhbərliyi isə onun həyat yoldaşı Florensə həvalə olunur. Xutevin ölümündən sonra onun ardıcılları hakimiyyət davasına başlayırlar. Bir neçə ay sonra isə ardıcıllardan biri-Bencamin Roden bildirir ki, Allahdan ona vəhy gəlib və məhz o, kilsənin yeni başçısı olmalıdır.

Florens
Patriarxın həyat yoldaşı, Florens onunla razılaşmır və mərhum əri Xutevin 1955-ci il aprelin 22-dən 1959-cu ilədək apokalipsisin gələcəyini dediyini bildirir.
Roden Xutevin peyğəmbərliyindən imtina edərək, öz tərəfdarları ilə “Davidin Vetva”ları kilsəsini yaradır. Roden və davamçıları müqəddəs ruhun qadın olduğuna inanır və kilsə bayramlarını qeyd etməyi tələb edirdilər.
1959-cu il aprelin 22-də Florensin mərhum ərinə istinadən dediyi dünyanın sonu gəlmədiyindən adventistlər məyus oldular və onlardan bir neçəsi Florensdən ayrılaraq, Viktor Xutev ədəbiyyatının təbliğatına başlayırlar.
O zamandan Koliforniyaya köç edən təmiz “xutevizm” davamçıları hələ də yaşayırlar. Florens təşkilatı ləğv edir, kilsədə xeyriyyə məqsədilə yığılan pulları kilsənin yüksək rütbəli xadimləri və şəxsi xərcləri üçün mənimsəyir.
“Maunt Karmel” ərazisinin böyük hisəsi satılsa da, Rodenin rəhbərlik etdiyi “Davidin Vetva”larına məxsus 31 hektar yer qalır. 1978-ci ildə Roden vəfat edir və rəhbərlik həyat yoldaşı Luisə keçir.

Qardaş düşmənçiliyi
1982-ci ildə Luisin rəhbərliyi dönəmində ”Davidin Vetva”larına Hyustondan gəlmiş David Koreş üzv olur. Koreş yaşlı qadını heyran qoyur və Luisa onunla eşq macərası yaşayır.
Onun sözlərinə görə, Allah onu yaradıb, Luisa ilə görüşdürüb ki, onların sevgisindən seçilmiş olacaq övladları dünyaya gəlsin. 1983-cü ildən Luis David Koreşə öz təlimlərini keçməyə icazə verir.
Yaşlı qadının bu hərəkətləri böyük oğlu hökmlü Corc sektasını yaradan oğlunun xoşuna gəlmir. O, hesab edirdi ki, “Davidin Vetva”larının növbəti rəhbəri özü olmalıdır. Corc Roden öz tərəfdarlarını toplayaraq David Koreşanı şəhərdən sürgün edir. Koreş 25 ardıcılı ilə birgə Texasın Fələstin şəhərinə köçür.
Onlar çadırlar qurub yaşayır və təlimlərinə davam edirlər. ABŞ da daxil olmaqla onlarca ölkələrdən onlara qoşulanların sayı artırdı. Koreş İsrailə gedir. İsraildə ona çar Qüdrətli Kirin müasiri olduğuna dair vəhy gəldiyini bildirərək, Fələstində “Allah Çarlığını” yaradacağını bəyan edir. Lakin sonradan Koreş Amerikaya geri dönməyi qərara alır.
1986-cı ildə “David Vetva”sının rəhbəri Luis vəfat edir və onun yerinə oğlu Corc Roden keçir. O, məşhurlaşa bilmir və tərəfdarları xarizmatik Koreşin çağırışlarına yönlənirlər.
Bundan qəzəblənən Corc Roden Koreşə çağırış edərək, ölüləri diriltməkdə və qəbirdən meyitləri çıxarmaqda yarışa girməyi təklif edir. Buna cavab olaraq, David polisə şikayət edir və Rodeni qəbirlərin təhqirində günahlandırır.
Polis şöbəsində Koreşdən ifadəsinə görə, sübut tələb etdikdə isə o, 7 nəfər silahlı tərəfdarı ilə “Maunt Karmel”ə geri qayıdır. Rəsmilərə sübut tapmaq üçün onlar özləri ilə silah aparırlar lakin, kamera götürmürlər. “Maunt Karmel”də Rodenlə Koreş arasında atışma başlayır. Hadisə yerinə gələn polislər, Koreş və onun tərəfdarlarını həbs edərək onları sui-qəsddə ittiham edirlər. Məhkəmə zalında onlara bəraət verilir və qruplar ayrı-ayrılıqda fəaliyyətə başlayırlar. 1989-cu ildə Rodenin fanatlarından biri, əsl məsihanın özü olduğunu bildirir. Bu bəyanından sonra onun başından balta ilə vuraraq dəlixanaya yerləşdirirlər.

Məlum olur ki, Corc Roden müflis olub və “Maunt Karmel”i hərraca çıxarır. Koreş və tərəfdarları pul toplayaraq “Maunt Karmel”i alırlar. Onlar həmin məkanın labaratoriyasında metamfetamin hazırlanması barədə dərhal polislərə məlumat verir və oranın sökülməsin istəyirlər.
David Peyğəmbər “Davidin Vetva”larına üzv olanlar gələcəkdə qəbir evlərinə çevriləcək “Maunt Karmeldə” məskunlaşırlar. 1990-cı ildə Koreş, öz fikirlərinə yenidən baxış keçirir və belə qərara gəlir ki, yer üzündə yaradılacaq Allah çarlığını Fələstində deyil, ABŞ-da yaratmalıdır. Həmin dövrdə David Koreşin sənəd adı Vernon Ueyn Xouell gedirdi. O, sənədlərində düzəliş edib adını Devid Koreş kimi yazdırmaq üçün rəsmi müraciət edir.
David adı Bibliya çarı Davidin, Koreş (کوروش) isə fars kökənli ad olaraq, Vavilionu yəhudilərdən azad etmiş Qüdrətli Kirin rəmzini daşıyırdı. Koreş ardıcıllarına yeni məsiha olduğunu vurğulayır və bildirir ki, əvvəlki məsihalardan fərqli olaraq o, günahkar məsihadır:
”Allah insana günah içində doğulmağa icazə verir. Günah etmək- insan üçün təbiidir”- deyə o, təkrar edirdi. Koreş saatlarla dini dərslər keçir və dinləyicilərini inandırmağı bacarırdı. O, əminliklə apokalipsis yarada biləcəyini deyirdi. Koreş ardıcıllarının necə geyinəcəyinə qərar verir, qadınlara makiyajı qadağan edirdi.
Banandan başqa bütün meyvələrdən imtina etməyi əmr edir. Sonra isə meyvələri yeməyə icazə verir ancaq portağal və üzümü qadağa edir. Koreşdən başqa heç kim ət yeyə bilməz, koka-kola, pivə içə bilməzdi.
“Mənim istədiyim bütün şeyləri Allah alırdı və Koreşə verirdi”-deyə “Davidin Vetva”larının keçmiş ardıcıllarından biri qeyd edirdi. Zamanla özünü peyğəmbər adlandıran Koreş, yeni nəzəriyyəsini irəli sürür.

O bildirir ki, çar Solomonda olduğu kimi 60 kraliçası, 80 kənizi və çoxlu sayda qadınları olmalıdır. Koreş gələcəkdə dünyanı idarə etmək üçün çoxlu varis sahibi olacağını bəyan edirdi. O, dini dərslərinə gələn tənha qadınları özünə məşuqə edərək, onlara peyğəmbərin varisini dünyaya gətirəcəklərini deyirdi. Bütün bunların da Allahın istəyi əsasında olduğunu vurğulayırdı. “David Vetva”sının ardıcılları böyük məmnuniyyətlə öz qızlarını Koreşin məşuqəsi edirdilər.
“Onun 12 yaşı var idi. Əvvəlcə qızcığaz elə başa düşdü ki, Koreş onun yatağına isinmək üçün uzanır. O azyaşlının paltarlarını çıxarmağa başlayanda uşaq ona mane olmağa çalışırdı. Qız ağlayıb qışqırdıqca Koreş ona bunları Allahın razılığı ilə etdiyini deyirdi. Bu qəribə səslənsə də zamanla onlar buna alışırdılar” – deyə Davidin keçmiş məşuqələrində biri, Robin Bunds bildirirdi.
Bunların nəticəsi olaraq Texasda azyaşlı ana olan lakin, sənəddə ata qrafiki boş qalanların sayı artırdı. “ Maunt Karmel” də atasız doğulan uşaqların sayı çoxaldıqca Koreş hakimiyyət orqanların diqqətini çəkməmək üçün qadınların ata evinə göndərirdi. Bir müddət sonra Koreş bəyan etdi ki, bütün kişilər səmalarda özlərinin qadınlarına qovuşacaq ancaq yer üzündəki bütün qadınlar bu gündən etibarən yalnız ona məxsusdur.
Ona etiraz edib gedənlərin sayı, Koreşin qərarına razı olanlardan qat-qat az idi. Onun yanına gətirilən uşaqlara qarşı çox ciddi nizam–intizam olurdu. Belə ki, ən xırda səhvlərinə görə, Koreş uşaqları taxta ilə qan çıxanadək döyürdü.
David Koreşin insanlara təsiri hələ də müəmmalı olaraq qalır. O, tabe olanları hipnoz etmirdi, ağılların almırdı, dinləyicilər onun yanında huşunu itirmirdilər və nitq qabiliyyətindən məhrum edilmirdilər.
O, peşəkarlıqla Müqəddəs yazılardan sitat gətirərək öz istəklərini həyata keçirirdi. Koreş tərəfdarlarını “Maunt Karmel”də məcbur saxlamırdı, hər kəs gedə bilərdi. Ancaq niyə? Əgər Yerə məsiha David Koreş gəlibsə, deməli qiyamət məhkəməsi də mütləq olacaq və yalnız Koreşə etiqad edənlər xilas olaraq cənnətə düşəcəklər. Vavilion adlandırdıqları ABŞ hakimiyyəti “Davidin Vetva”larına hücum etməyi planlaşdırırlar ancaq güclü məğlubiyyətlə üzləşirlər.
Vaviliona alçaq zərbə
1992-ci ildə poçt xidmətinin kuryeri “Maunt Karmel”ə bağlama apararkən, qəribə hadisə ilə rastlaşır. Aparılan qutudan qara mayenin axması kuryerin diqqətinə səbəb olur. Kuryer qutuda barıt, qranat və silah olduğunu görür. O, hadisəni polis əməkdaşlarına danışır. Onlar isə bu məlumatla alkoqol, tabaka, odlu silah və partlayıcı maddələrlə iş aparan qurumu bilgiləndirirlər.
Sözügedən büroların əməkdaşları əvvəllərdə “Maunt Karmel” də silah səslərinin gəldiyini eşitdiklərinə görə, istintaqa başlayırlar. Büro üzvləri ilə danışan Koreş onların evə girməsinə icazə verir həmçinin silahları qanuni yolla aldıqlarına dair sənədlərin olduğunu da bildirir.
Büro üzvləri bu görüşdən imtina edirlər. Onlar sektantların evlərini izləmək üçün, iki nəfər əməkdaşlarını kollec tələbəsi kimi qələmə verib, “Davidin Vetva”sı üzvlərinin evi önündə məskunlaşdırırlar. Agentlərdən biri “Maunt Karmel”ə yaşamağa gələrkən, Koreş onun kim olduğunu dərhal anlayır lakin, biruzə vermir. Sektantlar üçün silah həyatlarının vacib hissəsi idi: Orada hər bir kəsdə xüsusilə də, Koreşin ardıcıllarında mütləq silah olurdu. Onlar mütəmadi olaraq, yarmarkaya gedirdilər silah ticarətindən əldə etdiyi gəlirləri cəmiyyət üçün sərf edirdilər. David tərəfdarların əmin edirdi ki, silah Vaviliona-ABŞ hakimiyyətinə qarşı mübarizədə mütləq lazımdır. Büro üzvləri “Maunt Karmel”də axtarış üçün icazə kağızı alaraq, hakimi inadırdılar ki, Koreş və onun adamları silah və metamfetamin hazırlamaqla məşğuldurlar.
1993-cü il 28 fevral tarixində bir neçə silahlı furqon “ Maunt Karmel”ə doğru gedir. Onlar gözlənilməz axtarışlarının effektinin müsbət olacağına əmin olsalar da uğursuzluq yaşadılar. Yerli jurnalistlərdən biri, hadisə yerinə bir saat öncədən getmişdi. O poçtalyondan sektantların əsas evlərinin harda yerləşməsini soruşur, poçtalyon “David Vetva”sının üzvülərindən biri olduğundan dərhal bunu Koreşə çatdırır.
FTB-nin “David Vetva”sını izləyən agenti polislərə çatdırır ki, sektantlar onların gəlişindən xəbərdardılar və müdafiəyə hazırlaşırılar , dua edirlər. Müdaxiləni təxirə salmaq lazımdır. Lakin, onu dinləmirlər. Sonra isə anlaşılmazlıq baş verir: silah səsləri gəlir. Agentlər iddia edirlər ki, ilk atəşi sektantlar açıb. Həmçinin iki variant da var: FTB üzvlərindən kimsə təsadüfən tətiyi çəkib və ya bütün günahlar büro üzvlərindədir onlar “Maunt Karmel”də yaşayanları öldürmək istəyirdilər.
Atışmanın ilk dəqiqəsində David Koreş yaralanır. Bina mühasirəyə alınır , helikopterlər, havadan hücuma keçir və ikinci mərtəbədə yerləşən silah otağına girməyə cəht edən polislər güclü müqavimətlə qarşılaşırlar. Atışma polis mərmilərinin bitməsi və onların geri çəkilməsi ilə nəticələndi. Koreşin ardıcılları polislərə həlak olmuş yoldaşlarının cəsədlərini apamağa icazə verdilər. Atışmada 4 polis və 6 “David Vetva”sının üzvü güllələnir.
Ey iman gətirənlər
Uğursuz qarşıdurmadan sonra hakimiyyət uzunmüddətli mühasirəyə hazırlaşırdı. İstintaq işini tamamilə FTB-yə verdilər və o gündən “Davidin Vetva”larını FTB araşdırmağa başladı. Onlar bütün telefon naqillərini kəsdilər və Koreş yalnız FTB vasitəsilə jurnalistlərlə kontakt yarada bilirdi.
David “Maunt Karmel”dən çıxmağı bir şərtlə qəbul edir ki, o, öz ardıcılları ilə birgə radioefirə çıxıb təlimlərin davam etdirsin. FTB razı olsa da, Koreş bu fikrindən daşınır və Allahın ona qisas gününə qədər gözləməyi əmr etdiyini bildirir.
Davidin istəyi ilə ona kamera verirlər və o videomüraciətdə sektası adından çıxış edir: hamı könüllü şəkildə orada olduğunu deyirdi. Koreş uşaqları ilə görüntülərin yayımlayaraq onların kimsə tərəfindən incidilməsinə izin verməyəcəyini bəyan edir.
FTB- dəli sektantları təslim olmağa məcbur edir. Bütün gün səsucaldanlarla Nensi Sinatın yüksək səsli musiqisi və diri-diri doğranılan dovşanların səsi yayımlanırdı. “Onlar insanları yuxudan məhrum edirdilər, psixi cəhətədən nataraz olanları daha da dəli etməyə çalışırdılar. Sonra isə onların qəribə davranışlarına təəccüblənməyə başlayırdılar”-deyə ixtisasca vəkil olan Koreşin davamçısı bildirir. Koreş bir neçə qadın və uşaqları azad edir. Psixoloqlar FTB-yə bildirdilər ki, sektantın üzvləri Koreşə həqiqətən inanır, ona görə də, onlar taktikasını dəyişməlidir yoxsa həmin insanlar Koreşlə birgə peyğmbərlik uğrunda mübarizə və dirəniş aparacaqlar. Onlar Vaviliona qarşı savaşdıqlarına əmin idilər. FTB psixoloqların çağırışına əhəmiyyət vermədi. Agentlər baş prokurora bildirdilər ki, Koreşin azad etdiyi uşaqların hamısı uzun müddət təcavüzə məruz qalıblar təcili hücuma kemək lazımdır. Hücum üçün razılıq əldə edilir.
Od içində ölüm
1993-cü il aprelin 19-daTexasda çox güclü külək başladı. Küləyin sürəti saatda 56 kilometrə çatırdı. Həmin gün FTB hücuma keçdi. Onlar döyüş xarakterli maşınları binanın divarları önünə gətirib, divarı dağıtmağa və gözyaşardıcı qazlardan istifadə etnəyə başladılar. Səsucaldanlardan gələn səsdə isə :”Bu hücum deyil. Qaz müvəqqəti olaraq, həyat üçün təhlükə yaradır. Əllərinizi qaldırıb binanı tərk edin. Təslim olun”. FTB-yə sektantlara qarşı atəş açmaq qadağan edilmişdir. Qarşı tərəfin silah atəşinə isə göz yaşardıcı qazdan istifadə əmr edilmişdir. Sonda məlum oldu ki, agentlər də bir neçə dəfə atəş açıblar. Sektantlar qaz əleyhinə maskaları paylamağa başladılar. Uşaqlar üçün qaz əleyhinə maska olmadığından onların üzlərini yaş dəsmalla bağlayırdılar. Maskalar müəyyən müddət sonra istifadə üçün yararsız hala düşdü. İnsanlar qazdan huşlarını itirirdilər və qusmadan boğulurdular. Qadın və uşaqları mətbəxə apararaq, yeraltı bunkerdə saxladılar, bu onlar üçün daha təhlükəsiz idi. FTB-nin qaz verdiyi ərazilərdə təhlükəli vəziyyət yaranmışdı. Göz yaşardıcı qaz buraxılan ərazidə “Davidin vetva”larının benzinlə dolu çənləri var idi. İkinci döyüş maşını divarı yarıb, sektantı əzir və içəri daxil olur. Hələ də səbəbi məlum olmayan yanğın yayılmağa başladı. Dağıdılmış divarlar və küləyin güclənməsi ilə alovu daha da çoxaldırdı.
Bəziləri pəncərədən qaçır, bəziləri ölümü seçir bəziləri isə qaza görə huşunu itirib çarəsizcə ölümü qucaqladılar. Əməliyyata rəhbərlik edən zabit yanğınsöndürənləri hadisə yerinə buraxmadı və bunu sektantların açdığı atəşlə əlaqələndirdi. “Maunt Karmel” yanıb külə döndü.
FTB Koreşi günahlandıraraq, peyğəmbərlik statusunu qorumaq üçün ardıcıllarını evdə qəsdən yandırdığını bəyan etdi. Onlar sübut üçün səs yazılarını əldə etdiklərini bildirdilər. Səs yazısında Koreş və onun ardıcıllarının sözləri eşidilirdi “ alovlandır”, “yandırmaq üçün hər yerdə kerosinin olması lazımdır” , “ mən bunu nə vaxt yandıra biləcəm?” Sağ qalan sektantlar iddia edirdilər ki, səs yazısındakı danışıqlar molotov kokteyli barəsində idi. Həmin gün Koreşin 76 ardıcılı həlak oldu. Özünü məsiha adlandıran Koreşi isə başından güllə yarası almış şəkildə tapdılar. Hələ də məlum deyil ki, o özünə qəsd edib yoxsa yaxınlarından onu güllə ilə vurmağını istəyib.
Ədəbsiz kobudluq
Rəsmi istintaq FTB-nin qanun çərçivəsində hərəkət etdiyini, Koreş və ardıcıllarının özlərini yandırdıqlarını bildirdi. Bu açıqlama kütləvi narazılıq yaratdı. Sakinlər vurğulayırdılar ki, Koreş təcavüzkar və silah alveri ilə məşqul olan cinayətkar olsa da, onun həbsi üçün güclü qarşıdurma yaradıb, onlarla insanın ölümünə səbəb olmaq düzgün deyil. Texas ətrafında baş verən faciə, XX əsrdə bir neçə terror hadisəsini də ruhlandırdı. 1995-ci il 19 aprel tarixində “Maunt Karmel” hücumundan iki il sonra, Oklohoma Sitidə dövlət müəssisəsinə terror hücumu oldu. Terrorçular 168 nəfərin ölümü ilə nəticələnən hücumu “Davidin Vetva”sının qisası olduğunu bəyan etdilər. Bu hadisə böyük əks-səda doğurdu. 6 il sonra Texasın 61% sakin əmin idi ki, “Maunt Karmel”i FTB yandırıb. Hakimiyyət qəddarlığı ilə qeyri-bərabər qarşıdurmada “federallardan” evlərini qorumağa alışan ultra sağçıların faciəvi ölümünə səbəb olub. Hələ də Amerikada “Maunt Karmel” hadisəsinin izi qalmaqdadır.
Zeynəb
Minval.İnfo



